NIPA-30

Ərdoğanı devirmək planına Bakıdan reaksiyalar

Uzun illər Ankara şəhərinə rəhbərlik etmiş Melik Gökçek sensasion sayıla biləcək açıqlama verib. Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın silahdaşlarından və hakim AKP-nin qurucularından olan Məlik Gökçək deyib: “Abdulhəmid Xan kimi Tayyib Ərdoğanı devirib, Türkiyəni bitirmək istəyirlər’’.

Bu cür açıqlamaları Türkiyədə və Azərbaycanda yaşayan bir sıra ekspertlər də dilə gətirməkdədirlər. Əksəriyyətin də fikri budur ki, hazırda Ukraynada Rusiyaya qarşı müqavimət və müharibəni təşkil edən güclər-kollektiv Qərb Türkiyə prezidenti Tayyib Ərdoğanı devirmək üçün bir sıra gizli və aşkar fəaliyyətlər göstərməkdədirlər. Amerikanın yaşlı prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsi başlamazdan öncə Ərdoğana qarşı olduğunu və onu bitirmək planı hazırladığını bəyan etmişdi. Bir sıra ciddi ekspertlər də hesab edirlər ki, kollektiv Qərb Rusiya prezidenti Putini bitirdikdən sonra Ərdoğanı hədəf seçəcəklər və onun 2023-cü ildə təkrar Türkiyə rəhbəri seçilməməsi üçün əllərindən gələn hər şeyi edəcəklər.

Bütün bunlar gerçək ola bilərmi? Kollektiv Qərb doğrudan da özünün müttəfiqi hesab olunan Türkiyəni bitirmək istəyirmi? Ən əsası, Ərdoğan vəzifəsindən getsə, Türkiyə bitərmi? Bəs Azərbaycan? Bu ssenaridə Azərbaycanın durumu necə ola bilər? 

Pənah Hüseyn canlı yayımdakı davadan danışdı: "Hövsələsizlik etdim, gərək  belə olmayaydı" - VİDEO

Pənah Hüseyn: “Dünyanın taleyüklü problemlərinin həlli Ərdoğanla davam tələb edir”=

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, türk milləti çox belə Türkiyəni yıxım planlarının həyata keçməsinin qarşısını alıb, bu cür planları zibilliyə atıb və bundan sonra da atacaq: “Əlbəttə, kimi özünə iqtidar etmək Türkiyə vətəndaşlarının qeydsiz-şərtsiz haqqıdır və  qanuni, demokratik seçkilərdə türk milləti kimi seçəcəksə, Azərbaycan olaraq bizim üçün də o qəbuldur. Lakin Türkiyə, türk dövlətləri və xalqları tarixində, çağdaş dünya siyasətində  Rəcəb Tayyib Ərdoğan fenomeni var. Nəzərə alsaq ki, dövrümüzdə proseslərdə subyektiv iradə, şəxsiyyət faktorunun rolu və təsiri görünməmiş dərəcədə artmışdır, dövlətlərimiz və xalqlarımız, o cümlədən Türkiyə və Azərbaycanın, şişirmədən deyirəm, dünyanın taleyüklü problemlərinin həlli Ərdoğanla davamı tələb edir”.

Arzuxan Əlizadə: “Səhiyyə təşkilatları vaksinləmədə çox zəif təbliğat  aparıb”

Arzuxan Əlizadə: “Həmin güclər öz məqsədlərinə çata bilməyəcəklər”

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, deyilənlərdə həqiqət payı kifayət qədər yüksəkdir. Artıq uzun müddətdir ki, ABŞ başda olmaqla, bir sıra beynəlxalq güclərin Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq planı üzərində işlədikləri sirr deyil. Hətta bir müddət əvvəl Baydenin timsalında bu fikir açıq surətdə ifadə olunub: “Bu planın reallaşdırılması istiqamətində bir sıra aşkar və gizli addımların atıldığını da müşahidə etməkdəyik. 2016-cı ilin 15 iyul tarixində gerçəkləşdirilən çevriliş cəhdi, həmçinin hazırda Türkiyə iqtisadiyyatının zəiflədilməsinə yönlənlmiş addımlar və bu kontekstdə türk lirəsinin dəyərsizləşdirilməsi siyasəti də bu planın tərkib hissələridir. Burada əsas məqsəd kifayət qədər müstəqil siyasət yürüdən Ərdoğanı hakimiyyətdən kənarlaşdırmaq, Türkiyə Cümhuriyyətinin başına nisbətən ”sözəbaxan”, Qərbin geosiyasi maraqlarına cavab verəcək şəxsin gətirilməsidir. Bu mənada 2023-cü il seçkiləri regionun və bütövlükdə dünya düzəninin növbəti uzunmüddətli dövr üçün formalaşması baxımından olduqca kritik və əhəmiyyətli məna kəsb edəcək”.

Partiya sədri qeyd etdi ki, Prezident Ərdoğanın yürütdüyü müstəqil və qətiyyətli siyasət sayəsində qardaş Türkiyə təkcə regionda deyil, qlobal səviyyədə güc mərkəzinə çevrilib. Aparılan siyasət nəticəsində bütövlükdə türk dünyasının güc mərkəzlərindən birinə çevriləcəyi də qaçılmaz olacaq və bundan ciddi narahatlıq keçirən güclər ciddi hərəkətə keçiblər: “Amma düşünürəm ki, həmin güclər öz məqsədlərinə çata bilməyəcəklər, çünki proses artıq qarşısıalınmaz məcraya qədəm qoyub. Eyni zamanda gözlənilən təhlükələr yetərincə dəyərləndirilməlidir və təbii ki, ilk növbədə qardaş  ölkənin ictimai-siyasi qüvvələri, o cümlədən bizlər də daxil olmaqla, bütün türk dünyası bu davada hörmətli Ərdoğana mümkün olan bütün platformalarda lazımi dəstək ifadə etməlidir. Çünki güclü Türkiyə həm də güclü Azərbaycan, güclü türk dünyası deməkdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”