NIPA-30
a

November 2026

Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclasda Ombudsman vəzifəsinə təqdim edilmiş üç namizədin namizədliyi müzakirə olunub. İclası açan komitə sədri Zahid Oruc Azərbaycan Respublikasının Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizədin təqdim edildiyini bildirib. Namizədlər hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevadır. İclasda çıxış edən Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə və komitənin digər üzvləri müzakirə olunan məsələ ilə

Ukrayna prezidenti Volodimir Zelenskinin hazırkı cəbhə xətti boyunca atəşkəs elan edilməsi təklifi Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Təklifin qəbul edilməsi hərbi əməliyyatların intensivliyini azalda, tərəflər arasında danışıqlar üçün şərait yarada və münaqişənin siyasi-diplomatik yolla həlli imkanlarını genişləndirə bilər. Bununla belə, cəbhə xəttində atəşin dayandırılması müharibənin başa çatması və ya ərazi məsələlərinin həlli demək deyil. Əsas sual Rusiyanın belə bir razılaşmaya nə dərəcədə hazır olması, atəşkəsin hansı şərtlərlə həyata keçiriləcəyi və tərəflərin razılaşmaya əməl etməsinə necə təminat veriləcəyidir. Zelenskinin təklifi qəbul olunarsa,

Azərbaycanda bəzi magistral yolların kənarında yerləşən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarılaraq yerli icra hakimiyyətlərinin balansına verilib. Lakin bu dəyişiklikdən sonra həmin ərazilərdə yaşıllıqlara qulluq və ağacların mühafizəsi ilə bağlı problemlərin olduğu bildirilir. Bir sıra yolkənarı ərazilərdə ağacların quruması, vaxtında suvarılmaması və lazımi aqrotexniki qulluq göstərilməməsi yaşıllıqların vəziyyəti ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, ağacların idarə edilməsinin yerli icra hakimiyyətlərinə verilməsinin nəticələri, qurumların məsuliyyəti və mövcud problemlərin həlli məsələsi aktuallaşır. Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, magistral yolların kənarında yerləşən

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, Azərbaycanın iki mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşması bizə göstərilən hörməti nümayiş etdirir: “Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və Zirvə görüşlərinin keçirilməsinə yalnız

"Ölkə vətəndaşlarının Ombudsman aparatına müraciətləri get-gedə artır. Bu da təsisata olan etimadın göstəricisidir". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında komitənin sədr müavini, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, ölkə daxilində Ombudsman aparatına müraciət edən vətəndaşların məmnunluğu məsələsində, eyni zamanda bu institutun beynəlxalq əlaqələrinin genişlənməsi də rol oynayır: "Digər məsələlərlə bağlı da deyə bilərəm ki, təsisatın son illərdə insanların etimadı baxımından çəkisi də xeyli artıb. Bu baxımdan, mən digər namizədlərə də uğurlar arzu edirəm, lakin Səbinə Əliyevanın namizədliyini dəstəkləyəcəyəm".

Serbiyada Aleksandr Vuçiçin hakimiyyətinin sona çatması ilə bağlı yayılan məlumatlar ölkənin siyasi gələcəyi və Rusiyanın Avropadakı tərəfdaşları ilə münasibətləri ətrafında müzakirələri gücləndirir. Tələbə etirazlarının siyasi proseslərə təsiri və Moskva ilə yaxın əlaqələri olan liderlərin üzləşdiyi çətinliklər Avropada geosiyasi münasibətlərin dəyişməsi baxımından diqqət çəkir. Serbiyada tələbə etirazlarının siyasi nəticələri ölkənin xarici siyasət kursuna və Rusiya ilə münasibətlərinə necə təsir göstərə bilər? Viktor Orban və Aleksandr Vuçiçlə bağlı iddialar fonunda Rusiyanın Avropadakı siyasi təsir imkanlarının zəiflədiyini demək olarmı, yoxsa bu prosesləri ayrı-ayrı ölkələrin daxili siyasi dinamikası ilə izah

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da aparacağıq: “İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın: “Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Çoxlarınız bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində

Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu başladı. Bu tədbir təkcə beynəlxalq miqyaslı birforum deyil, həm də Azərbaycanın multikultural dəyərlərini, sülhə yönəlmiş siyasətinivə dünya ilə qurduğu etimad münasibətlərini nümayiş etdirən mühüm platformadır.Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər bir daha göstərdi ki, müxtəliflikbizim zəifliyimiz yox, gücümüzdür. Azərbaycan əsrlər boyu Asiya ilə Avropa arasındamədəniyyət körpüsü olub. Müxtəlif etnik qrupların, din nümayəndələrinin bir yerdəyaşaması, qarşılıqlı hörmət və dözümlülük bizim cəmiyyətimizin təməl dəyərləridir. Prezidentin qeyd etdiyi kimi, bütün vətəndaşlarımız Konstitusiya çərçivəsində bərabərhüquqlara malikdir

Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yeri olan, milli qürurumuzun, sarsılmaz iradəmizin və dövlətçilik əzmimizin təcəssümünə çevrilən 25 oktyabr – Qubadlı Şəhəri Gününü böyük fəxarət hissi ilə qeyd edirik. Bu əlamətdar tarix təkcə Qubadlı şəhərinin işğaldan azad olunmasılə bərabər, həm də xalqımızın illərlə qəlbində yaşatdığı doğma yurda qovuşmaq arzusunun gerçəkləşməsini, tarixi ədalətin bərpasını və Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təntənəsini ifadə edir. Qubadlı Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus təbiətə malik yurd yerlərindən biridir. Bu torpaq əsrlər boyu xalqımızın həyatında mühüm yer