NIPA-30
a

Official documents

28 May- Müstəqillik Gününüz Mübarək! Hörmətli həmvətənlər, dəyərli soydaşlarımız!Azərbaycan Milli İstiqlal Partiyası xalqımızı, dünya azərbaycanlılarını hər bir vətəndaşımızı Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir!1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi müstəqil dövlətin qurulmasını, xalqımızın azadlıq bərabərlik və demokratiya ideallarına sadiqliyini dünyaya bəyan etdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC parlamentli respublika modeli, qadınlara seçki hüququnun verilməsi, milli ordunun qurulması və ana dilimizin dövlət dili elan edilməsi kimi mütərəqqi addımlarla tariximizdə silinməz iz

Əziz soydaşlarımız, hörmətli həmvətənlər!​Azərbaycan Milli İstiqlal Partiyası dünya müsəlmanlarının mənəvi birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimizi yetiririk.​Qurban bayramı əsrlər boyu xalqımızın qəlbində kök salmış, bizi bir ideya və amal ətrafında birləşdirən xeyirxahlıq, mərhəmət və mənəvi saflıq rəmzidir. Milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalan xalqımız bu müqəddəs günlərdə bərabərlik və həmrəylik duyğularını ən yüksək səviyyədə yaşadır, paylaşmağın fəzilətini nümayiş etdirir.​Bu mübarək bayram günlərində Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli və interaktiv tədbir keçirilmişdir.​Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.​Tədbiri giriş sözü ilə açan məruzəçi Seyranə Quliyeva öncə Azərbaycan Milli İstiqlal Partiyasının yaranma tarixi, keçdiyi şərəfli yol və fəaliyyət istiqamətləri barədə qısa məlumat verib. Daha sonra “28 May Dövlət Müstəqilliyi Günü - tarixə baxış kontekstində” mövzusunda geniş məruzə ilə

Azərbaycanın görkəmli ictimai-siyasi və elm xadimi, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.Hacıbaba müəllim Azərbaycanın müstəqillik mübarizəsində, dövlətçiliyimizin hüquqi əsaslarının qurulmasında, eləcə də elm və təhsil sahəsində misilsiz xidmətləri olan, xalqımızın yaddaşında xüsusi yer tutmuş bir şəxsiyyət idi. Onun ölkəmiz qarşısındakı xidmətləri heç vaxt unudulmayacaqdır.Uca Tanrıdan mərhumun ailəsinə, yaxınlarına və bütün sevənlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.Allah rəhmət eləsin, məkanı cənnət olsun!Etibar MəmmədovAzərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri17.05.2026

Aərbaycan Milli İsdtiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev aprelin 29-dan mayın 2-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Beynəlxalq Demokrat İttifaqının (İDU) “İDU Forum-2026, Zaqreb” adı altında təşkil etdiyi beynəlxalq tədbirdə və İDU-nun İcracı toplantısında  iştirak etmişlər. Forumda İDU üzvü olan sağ mərkəz yönümlü partiyaların rəhbərləri, həmin  partiyalarını təmsil edən bir sıra sabiq dövlət və hökumət başçıları, müxtəlif analitik beyin mərkəzlərinin nümayəndələri, siyasi ekspertlər, diplomatlar, ümulikdə 300-dən artıq nümayəndə iştirak etmişdir. Xorvatiya Respublikasının Baş naziri Andrej Plenkoviç, Xorvatiya

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının dəstəyi ilə tələbələrin fərdi inkişafına və gələcək karyera imkanlarına işıq tutan “21-ci əsrdə uğurlu tələbə necə olmalıdır?” mövzusunda seminar-treninq keçirilib.Gənclərin böyük marağına səbəb olan tədbir müasir dövrün çağırışlarına cavab verən intellektual müzakirə platformasına çevrilib. Təlimin əsas qayəsini gənclərin dəyişən dünya nizamına adaptasiyası və onların rəqabətədavamlı kadr kimi yetişməsi təşkil edib.Proqram çərçivəsində aşağıdakı prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb: tənqidi təfəkkür, informasiya bolluğunda düzgün təhlil qabiliyyəti, effektiv kommunikasiya, ünsiyyət bacarıqlarının peşəkar səviyyədə inkişafı, zamanın idarə olunması, süni intellekt

Hörmətli Etibar bəy, Doğum gününüz münasibətilə Sizi dərin hörmət və səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.Sizin siyasi fəaliyyətiniz Azərbaycan xalqının Azadlıq mübarizəsinin ən şərəfli səhifələri ilə sıx bağlıdır. 1980-ci illərin sonlarından etibarən milli Azadlıq hərəkatının önündə dayanmağınız, xalqın azadlıq iradəsinin formalaşmasına verdiyiniz töhfələr və Azərbaycanın müstəqillik əldə etməsi yolunda göstərdiyiniz qətiyyət tariximizdə silinməz iz qoymuşdur.1990-cı illərin çətin və taleyüklü dövründə dövlət quruculuğu prosesində fəal iştirakınız, Milli Ordunun formalaşmasına verdiyiniz töhfələr, milli maraqların müdafiəsi istiqamətində qətiyyətli mövqeyiniz

Azərbaycan mədəniyyətinin görkəmli siması, bənzərsiz sənətkar, Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilib. Azərbaycan Milli Akademik Dram Teatrında təşkil olunan mərasimdə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, ictimai-siyasi xadimlər də iştirak edərək sənətkarın xatirəsini ehtiramla yad ediblər.​Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov və AMİP sədri, millət vəkili Arzuxan Əlizadə vida mərasiminə qatılaraq mərhumun ailə üzvlərinə, yaxınlarına və sənət dostlarına dərin hüznlə başsağlığı veriblər.​Görkəmli aktyorun vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi qiymətləndirən partiya rəhbərliyi, Rasim Balayevin yaratdığı

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev əbədiyyətə qovuşub.​Rasim Balayev Azərbaycan mədəniyyət və incəsənətində dərin iz qoymuş, bənzərsiz istedadı ilə milyonların sevgisini qazanmış böyük sənətkarlarımızdandır. Onun xüsusilə tarixi qəhrəmanlarımızı canlandırdığı çoxsaylı obrazlar Azərbaycan kinosunun qızıl fonduna əbədi miras kimi həkk olunub. Çəkildiyi filmlərdə yaratdığı Babək, Nəsimi kimi obrazlar gələcək nəsillər üçün vətənpərvərlik və sənətkarlıq məktəbi olaraq qalacaqdır.​Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov və

​16 mart 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. İclasda Siyasi Şura üzvləri, və partiyanın Bakı şəhəri üzrə yerli təşkilatlarının sədrləri iştirak etmişlər.​ İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Alizade ilk növbədə tədbir iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını qarşıdan gələn, milli adət ənənələrimizi özünüdə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək, xoş arzularını çatdırmışdır. Partiya sədri öz çıxışında bölgədə xüsusilə qonşu İran ərazisində cərəyan edən gərgin hərbi-siyasi proseslərə toxunmuş, Azərbaycanın milli təhlükəsizliyinin təmin