NIPA-30
a

Kateqoriyasız

Bakının 5 küçəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılır, ərazilər piyadaların istifadəsinə veriləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, Nəqliyyatı Əlaqələndirmə Şurası Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edib. Bu addım şəhər mühiti və piyadalar üçün müsbət qərar kimi qiymətləndirilsə də, bir sıra suallar da yaradır. Məsələni şərh edən Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Bakının beş küçəsində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması və həmin ərazilərin tamamilə piyadaların istifadəsinə verilməsi ilə bağlı qərar şəhərsalma baxımından diqqət

Azərbaycan Milli İstiqlal Partiyasının Mətbuat xidmətindən redaksiyamıza verilən məlumata əsasən AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əli-zadə mayın 20-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul olunub. Keçirilən görüşdə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər, eləcə də bu uğurların səbəbkarı olan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində davamlı şəkildə həyata keçirilən yeni siyasi konfiqurasiya haqqında fikir mübadiləsi aparıldığını deyən A.Əli-zadə bu görüşlərin partiyanın fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirib. A.Əli-zadə Azərbaycan Milli İstiqlal Partiyasının Milli Məclisdəki fəaliyyəti və beynəlxalq

Avropa İttifaqı Ermənistanın xahişi ilə bu ölkəyə hibrid çevik müdaxilə qrupu göndərəcək. Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, bu addım parlament seçkilərinə müdaxilə ilə mübarizə aparmaq üçün zəruridir. “Biz Ermənistanı xarici müdaxilə ilə tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilərlər” - deyə Kallas qeyd edib. Aydın məsələdir ki, burada söhbət Rusiyanın müdaxiləsindən gedir. Maraqlı olan odur ki, Aİ Moldovadakı qədər Ermənistanda bu məsələdə uğur əldə edə bilərmi? Nəzərə almaq lazımdır ki, Moldovadan fərqli olaraq, Ermənistanda Rusiyanın hərbi bazası, Federal Təhlükəsizlik

Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi polikilinikaya 65 nəfər it dişləməsi ilə əlaqədar müraciət edib. Bunu Modern.az-a 27 saylı Sabunçu II seçki dairəsinin deputatı Arzuxan Əlizadə bildirib. “Rayon ərazisində sahibsiz itlərlə bağlı ciddi problem var. Mənə seçicilər sahibsiz itlərlə bağlı müraciət etdilər. Məlum oldu ki, ötən 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən xəstəxanaya 65 nəfər it dişləməsi ilə bağlı müraciət edib. Bu çox ciddi məsələdir. İcra hakimiyyətinin şöbə müdiri və əlaqədar strukturlarla da danışdım. Dərhal reaksiya verdilər”, - deputat deyib.