NIPA-30
a

July 2023

“Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz”. Bu fikri Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər: “Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik”. Qeyd edək ki, artıq dünya Azərbaycanın gücü və yaratdığı reallıqlarla hesablaşır. Heç şübhəsiz ki, bunun əsas səbəbi də Prezident İlham

TV Müsavat-ın canlı efirinin qonağı AMİP sədri Arzuxan Əlizadə olub.  Musavat.com xəbər verir ki, Arzuxan Əlizadə deyib: "Qarabağdakı erməni silahlıları Rusiyanın orada saxladığı ordudur. Erməni əsilli olsalar belə mənşəyi bilinməyən qruplaşmadır. Xaricdən gələnlər var, terrorçular var".  Ətraflı videoda: https://www.youtube.com/embed/U9czrBJS5lQ

"Azərbaycan bayrağı təhiq olunub. Dövlət atributuna qarşı vandalizm aktı həyata keçirilib. Bunun cavabı verilməlidir. Türkiyə bayrağına o cür davransaydılar, başına torba keçirib, gətirib, cəzalandırardılar".  Sitat.info xəbər verir ki, bu sözləri "sitat tv"nin canlı yayınında AMİP sədri Arzuxan Əlizadə deyib. Partiya sədri bildirib ki, Rusiya hazırkı durumda bizimlə silahlı münqişəyə girmək istməməz: " Çünki, Türkiyə  amili var. Ümumiyyətlə, Azərbaycan və Türkiyə bugünki gündə nəfəslik rolu olynayır.  Rusiya da öz nəfəsliyini sona qədər bağlamaq istəməz. Ona görə də bunun cavabı verilməlidir". https://www.youtube.com/embed/PII5UIrpZO4 Məğrur, Sitat.info

"Görünən odur ki, ABŞ-da keçirilən görüşlərdə Azərbaycan və Ermənistan arasında sülh müzakirələri daha detallı müzakirə olunur".  Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.  Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında Vaşinqtonda keçirilən hər iki görüş bir neçə gün davam edib:  "Sonuncu görüşdən sonra ABŞ Dövlət Departamentindən açıqlama verildi ki, iki ölkə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan sülh sazişində müəyyən irəliləyişlər var. Vurğulandı ki, sülh müqaviləsi ilə bağlı detallı müzakirələr getməkdədir. Ermənistan baş naziri Nikol Paşinyan da verdiyi açıqlamada bəyan etdi

“Birmənalı şəkildə Azərbaycan bütün qonşu dövlətlərlə münasibətlərini müsbət mənada tənzimləyir. İran xarici işlər nazirinin Azərbaycan dövlət başçısı ilə görüşünü müsbət dəyərləndirmək olar. Həmçinin onun səsləndirdiyi fikirlər də müsbət mənada qəbul edilə bilər”. Bunu TNS-ə açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri bildirib ki, İran rəsmisinin sözləri gərək əməldə də özünü doğrultsun.  “Biz son illər ərzində  şahid olmuşuq ki, İran rəsmilərinin ölkəmizə qarşı sərgilədiyi mövqe normal olmayıb. Və ya onların sözləri bəzən məkandan asılı olaraq üst-üstə düşməyib. İran rəsmilərinin səmimiliyinə inanmaq da mümkün deyil. Yalnız

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Laçın yolu ilə və Qarabağla bağlı ziddiyətli mövqe sərgiləyib. Eyni vaxtda həm Azərbaycanı, həm də Fransanı vurub: “Moskva Bakını Laçın yolunu açmağa və azad hərəkəti bərpa etməyə çağırır. Moskva atəşkəs rejiminin pozulması hallarının artması və Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək. Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə

“Azərbaycan ilə Rusiya arasında siyasi gərginlik artır, hazırda gərginliyin səngiməsi perspektivi azdır. Seçim Rusiya tərəfdədir, ya onlar ağıllarını başına yığıb Azərbaycanın maraqlarını nəzərə alacaqlar, ya da Ukrayna bataqlığında ilişən Moskva arxasında Türkiyə olan yeni bir cəbhə ilə üz-üzə qalmış olacaq. İtirən isə Kreml olacaq". Bunu politoloq Zərdüşt Əlizadə yerli mətbuta açıqlamasında deyib. Bir sıra siyasi ekspertlər həmkarı Zərdüşt Əlizadə ilə eyni fikirləri bölüşərək Rusiyanın hələ də Azərbaycana təhdid yaratdığını bildirib.Onların sözlərinə görə, Moskva hər vəchlə Qarabağda, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh və sabitliyin bərqərar olunmasına

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla aparılan sülh danışıqlarının əhəmiyyətindən danışıb. Erməni xalqına müraciət edən Paşinyan xarici təhlükəsizlik baxımından ciddi problemlərin olduğuna diqqət çəkib. Baş nazir əminliklə vurğulayıb ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur: “Çünki sülh bizim suverenliyimiz və təhlükəsizliyimiz üçün ən etibarlı amildir. Sülh gündəminin həyata keçirilməsi sadə səbəbə görə hələ də təmin edilməyib. Sülhə nail olmaq üçün bütün lazımi qanuni səyləri göstərməliyik". Hökumət başçısı iki ölkənin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıması məsələsini də gündəmə gətirib. Bildirib ki, Ermənistan Respublikasının