Əli Orucov: “Rusiya Ermənistanı əvvəlki kimi maraqlarını təmin edən tərəfdaş hesab edə bilməz”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanın KTMT-nin fəaliyyətində iştirak etməməsi göz qabağındadır və təşkilat bu vəziyyətə uyğun reaksiya verəcək. O, Nikol Paşinyanın gələcək addımlarının hələlik məlum olmadığını, lakin Ermənistanın təşkilatdan rəsmən çıxmaq əvəzinə onun fəaliyyətini boykot etməsinə KTMT-nin münasibət bildirəcəyini vurğulayıb. KTMT Ermənistanın təşkilatın fəaliyyətini boykot etməsinə hansı formada reaksiya verə bilər? Mümkün cavab tədbirləri Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə münasibətlərinə, eləcə də ölkənin regional təhlükəsizlik maraqlarına necə təsir göstərə bilər? Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması ilə bərabər Moskva
Dublin sammiti: Bakı mövqelərini möhkəmləndirir
“Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin növbəti sammitində iştirakı, keçirdiyi görüşlər və Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və siyasi çəkisinin bir daha təsdiqidir”. Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib. Onun fikrincə, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız onların iqtisadi və hərbi potensialı ilə deyil, həm də regional və qlobal proseslərə təsir imkanları, siyasi təşəbbüsləri və beynəlxalq tərəfdaşları ilə qurduğu münasibətlərin keyfiyyəti ilə
Paşinyan əl çəkdi, Rusiya əl çəkmir… – KTMT-nin erməni “sevgisi”
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaqla Rusiya və digər üzv ölkələri itirmək riski ilə üzləşir”. Bunu Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov “RİA Novosti”yə açıqlamasında bildirib. Senatorun sözlərinə görə, Ermənistanın ən etibarlı müttəfiqləri hesab olunan Rusiya və digər KTMT ölkələri ilə münasibətlərini zəiflətməsi ölkənin maraqlarına uyğun deyil. Cabarov Ermənistan hakimiyyətinin xarici siyasət kursu ilə bağlı qərarı uzatdığını qeyd edib. Onun fikrincə, İrəvan ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq məsələsində mövqeyini müəyyənləşdirməlidir. “Ermənistanın hazırkı rəhbərliyi odla oynayır.
Azərbaycanın artıq Avropa üçün təhlükəsizlik baxımından strateji tərəfdaşdır – Deputat
"Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropa siyasi məkanında artan nüfuzunun və beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin göstəricisidir". Bunu Plat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. O qeyd edib ki, bu səfəri yalnız diplomatik tədbirdə iştirak kimi qiymətləndirmək düzgün olmazdı: "Çünki hazırda Avropa üçün enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi, regional sabitlik və yeni iqtisadi tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə bu istiqamətlərin hər birində mühüm tərəfdaş kimi çıxış edir. Dublin səfərinin mühüm nəticələrindən biri Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə
Afsəddin Nəbiyev: “Azərbaycanla əməkdaşlıq Avropa üçün də zərurətdir”
Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinə ev sahibliyi edəcək. Bu tədbir Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahəsindəki tərəfdaşlığının genişlənməsində, eləcə də ölkənin beynəlxalq nüfuzunun artmasında mühüm platforma rolunu oynayacaq. Məlum olduğu kimi, Avropa Siyasi Birliyinin İrlandiyanın paytaxtı Dublində 9-cu Zirvə toplantısı keçirilir. Tədbirdə Prezident İlham Əliyev də iştirak edir. Dublin Sammitinin əhəmiyyətini artıran əsas məqamlardan biri də Azərbaycanın 2028-ci ildə ASB-nin növbəti sammitinə ev sahibliyi edəcəyidir. 2028-ci ildə bu platformanın növbəti sammitinə Bakının ev sahibliyi etməsi isə ölkəmizin çoxtərəfli
Azərbaycanın mövqeyini gücləndirən sənəd
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüş keçirib. Görüş iki ölkə arasında münasibətlərin inkişafı və strateji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Görüş çərçivəsində “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin mübadiləsi həyata keçirilib. Bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin mühüm göstəricisi kimi qiymətləndirilib. Prezident İlham Əliyev söhbət zamanı iki ölkə arasında uzun illərdir mövcud olan strateji münasibətlərin əhəmiyyətini vurğulayıb. Dövlət
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlər tarixən dərin qarşılıqlı etimad və əməkdaşlıq təməllərinə dayanır. Xüsusilə enerji sektorunda başlanılan qlobal layihələr – “Əsrin müqaviləsi” və Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması bu tərəfdaşlığın təməl daşını təşkil edib. İmzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə isə ikitərəfli əlaqələri tamamilə yeni müstəviyə qaldıraraq, ənənəvi sahələrlə yanaşı, yaşıl enerji, yüksək texnologiyalar və regional təhlükəsizlik kimi prioritet istiqamətlərdə dərin inteqrasiya üçün güclü zəmin yaradır. Bu yeni mərhələ ölkəmizə ilk növbədə texnoloji yeniliklər və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından ciddi üstünlüklər qazandıracaq. Böyük
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Regionlar arasında dəmir yolu əlaqələrinin genişləndirilməsi sərnişinlərin rahat və əlçatan nəqliyyat xidmətlərinə çıxışının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə əlavə qatar reyslərinin təyin edilməsi də bölgələrarası sərnişindaşıma imkanlarını gündəmə gətirir. Digər rayonlar üzrə də əlavə qatar reyslərinin təşkilinə ehtiyac olub-olmaması, eləcə də regionlarda dəmir yolu nəqliyyatının əlçatanlığının artırılması məsələləri ilə bağlı suallar yaranır. Bəs bu sahədə hansı addımların atılmasına ehtiyac var? Mövzu ilə bağlı Milli Məclisin deputat Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə əlavə qatar reyslərinin təyin edilməsi bölgələrdə dəmir
Rəşad Bayramov: “Münaqişənin hərbi həllinin olmadığı barədə səsləndirilən fikirlər Azərbaycanın suverenliyinin və…”
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, Ermənistanın arxasında dayanan ölkələr bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər: “Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi”. Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Prezident