NIPA-30

AMİP Türk Şəhidləri məzarlığını ziyarət etdi -FOTOLAR

Sentyabrın 15-də Azərbaycan Milli İstiqlal Partiyasının bir qrup üzvü Türk Şəhidləri məzarlığını ziyarət etmişdir.

15 sentyabr Azərbaycanın , qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış tarixi bir gündür. 1918-ci il 15 sentyabr Qafqaz İslam Ordusunun Komandanı qəhrəman sərkərdə Nuri Paşa Bakı şəhərini erməni daşnaklarından və rus şovinistlərindən azad etdi. Bu qələbənin qazınılmasında Ənvər Paşanın, Mursəl Paşanın, Rüşdü bəyin , yüzlərlə şəhidlərimizin böyük rolu olmuşdur. AMİP sədri qısa nitqində 15 sentyabr qəhrəmanlıq salnaməsi günü olduğunu, məhz bu günün Azərbaycanın Qurtuluş günü olduğunu xüsusilə qeyd etdi. Eyni zamanda Arzuxan Əlizadə hakimiyyət rəsmilərinə şəhərin ən görkəmli yerində qəhrəman övladlarımıza monumental abidənin ucaldılmasını təklif etdi. Şəhidlərimizin ruhunu hörmət və ehtiramla anıırıq!
Türk qardaşlığı əbədidir, sarsılmazdır, sönməzdir!