NIPA-30
a

September 2025

Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsi üçün torpaq sahələrinin alınması bu ilin sonunadək tamamlanacaq. Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib. Onun sözlərinə görə, bu məsələ Tehranın strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır və İran Prezidenti Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir. Nazir bildirib ki, dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici məlumatlar əldə edib və yaxın vaxtlarda prezidentə hesabat təqdim edəcək. Fərzanə Sadiq onu da qeyd edib ki, Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya arasında

Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə ittiham edirlər. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələriniz idi. Nə üçün nəvələrinizi və uşaqlarınızı ora göndərmədiniz? Cavab verin, Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryan. Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?” - baş nazir qeyd

“Ermənistanda yeni Konstitusiyanın qəbulu ən mühüm institusional məsələdir”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir yeni Konstitusiyanın qəbulunu demokratiyanın inkişafı yolunda ən mühüm islahat hesab edir: "Həyata keçirməli olduğumuz islahatlar yeni Konstitusiyanın qəbul edilməsidir ki, bu da, yeri gəlmişkən, xalqla hüquq sistemi arasında üzvi əlaqə yaratmalıdır.  1995-ci ildən bəri xalqın 50+1 faizi heç bir konstitusiya referendumuna getməyib və mövcud Konstitusiyamızın lehinə səs verib". Paşinyan əlavə edib ki, Ermənistandakı bugünkü hüquq sistemi Ermənistan xalqına nifrət bəsləyir: "Konstitusiya nədir? İnsanlar seçki məntəqəsinə gedib öz səsləri

“SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsi ilə bağlı məsələ son günlərin əsas müzakirə mövzusuna çevrilib. Bununla bağlı cəmiyyətdə, eləcə də mətbuatda müxtəlif fikirlə, rəylər səsləndirilir. Adnan Əhmədzadənin həbsi kifayət qədər ciddi məsələdir, çünki Azərbaycanın neft strategiyası ilə bağlı siyasətinə qarşı edilən təxribatdan, dövlət imicini aşağı salmağa yönəlik addımların atılmasından söhbət gedir. Təbii ki, bunlar istintaqın ilkin versiyalarıdır. Məsələyə tam məlumat olmadan əvvəlcədən münasibət bildirmək doğru deyil. Bu, istintaqın düzgün aparılmasına təsir kimi görünə bilər. Aidiyyəti orqanlar məsələ ilə bağlı ciddi araşdırmalara

Ukrayna müharibəsini tezliklə bitirəcəyilə bağlı ümidlərin puça çıxdığını deyəsən artıq ABŞ Prezidenti Donald Tramp özü də dərk etməyə başlayıb. Belə ki, Tramp Nyu-Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşdə Rusiya Prezidenti Putinlə yaxşı münasibətlərinin gözlədiyinin əksinə olaraq, Ukraynadakı münaqişənin həllinə heç bir təsir göstərmədiyini etiraf edib. “Rusiya bu müharibəni dayandırmalı idi. Artıq 3,5 il keçib, amma onlar hələ də ciddi irəliləyiş əldə edə bilməyiblər,” – deyə ABŞ prezidenti bəyan edib.Tramp hətta irəli gedərək, Ukrayna torpaqlarının geri qaytarılması ilə bağlı bəyanatını bir daha təsdiqləyib:“Bu, çox kədərli bir vəziyyətdir. Əksəriyyətiniz mənim bu

Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq edilib. Belə ki, qonaq sayına məhdudiyyət qoyulub və təmtəraqlı ayinlərə nəzarət gücləndirilib. Azərbaycanda da zaman-zaman belə qadağaların mümkünlüyü müzakirə olunur. Bildirilir ki, bu cür məclislərdə həddindən artıq israfçılığa yol verilir və bu məsələ tənzimlənməlidir. Ölkəmizdə toylarla bağlı məhdudiyyətlərin qoyulması mümkündürmü? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda toy və yas mərasimlərinin çox təmtəraqlı keçirilməsi uzun müddətdir ictimai müzakirə mövzusudur: “Son dövrlərdə bəzi regionlarda yas mərasimlərinin keçirilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Belə məclislərdə müsrifliyin qarşısı alınmalıdır, lakin bunu təkcə inzibati tədbirlərlə deyil, maarifləndirmə yolu

“NATO ilə açıq savaşa gedilməsi Rusiya üçün çox ciddi problemlər yarada bilər”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, Ukrayna-Rusiya müharibəsi fonunda artıq 4 ilə yaxındır ki, Qərb və Rusiya arasında gərginlik var və bu gərginlik son günlər bir qədər də artıb: “Çünki Rusiya hərbi təyyarələri və dronları Polşa və Ruminiya ərazisinə daxil olmaqla, faktiki olaraq NATO ölkələrini təhdid altına alıb. Artıq Rusiyaya qarşı çağırışlar da var ki, çəkinsin bu cür təxribatçı addımlardan. Amma görünən budur ki, Rusiya tərəfi getdikcə Şərqi Avropa ölkələrini

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür. Lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.  Bu barədə Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib ki, Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı: “44 gün ərzində 30 ilə yaxın müddətdə işğal

“III Bakı Təhlükəsizlik Forumu çox böyük əhəmiyyətə malikdir”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.  O bildirib ki, 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin paytaxtımıza gəlməsi olduqca mühüm məsələdir:  “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə keçirilən III Bakı Təhlükəsizlik Forumunda “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” müzakirə olundu. Bu forum artıq üçüncü dəfədir ki, Bakıda keçirilir. Üstəlik, Təhlükəsiz Forumunun paytaxtımızda keçirilməsi Azərbaycanın bölgədə yeni reallıqlar formalaşdırdığı dövrə

"Son dövrlərdə, xüsusilə də Azərbaycanda elektriklə işləyən avtomobillərin sayı xeyli artmaqdadır. Bu, daxili yanacaq mühərriki ilə təchiz olunmuş avtomobillərin satışına da ciddi təsir göstərib. Ən çox Çin və Yaponiyadan gətirilən avtomobillər elektrik enerjisi ilə işləyən modellərdir. Təbii ki, bu avtomobillərin enerji ilə təminatı üçün məntəqələrin artırılması zərurəti yaranır". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  O bildirib ki, hazırda müşahidə olunan vəziyyət ondan ibarətdir ki, belə məntəqələrin sayı artmaqdadır: "Azərbaycanın rayonlarında, şəhər mərkəzlərində, həmçinin otellərin qarşısında enerji doldurma məntəqələri yaradılıb. Lakin avtomobillərin sayı artdıqca, məntəqələrin də paralel