NIPA-30

Paytaxtda leysan və külək – Bakının deputatları şəhərdəki vəziyyətdən DANIŞDI

Paytaxtda axşamdan başlayan yağış şəhərdə bir sıra çətinliklər yaradıb və fəsadlar törədib. Dövlət qurumları fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

Modern.az Bakının bir sıra rayonlarını təmsil edilən deputatlarla hazırkı vəziyyəti öyrənmək üçün əlaqə saxlayıb.

27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Arzuxan Əlixadə isə bildirib ki, hazırda Sabunçu rayonunda şəhər mərkəzinə çıxışda çox ciddi çətinlik var.

“Yol faktiki olaraq bağlanıb, Bağırov tunelində keçid dayandırılıb. Bu səbəbdən artıq 1 saatdan artıqdır ki, həmin istiqamətdə maşınların hərəkətinə imkan yoxdur. Yağışla əlaqədar ailə üzvlərimlə də əlaqə saxlamışam. Bildirirlər ki, “Koroğlu” metrosu tərfədə maşında qalıblar, həmin ərazidən nə irəliyə, nə geriyə keçid yoxdur.

Deputat bildirib ki, Sabunçu qəsəbəsində yağışın yaratdığı vəziyyətlə bağlı da  məlumatlar alır.