NIPA-30
arzuxan

Prezidentin Budapeştdən verdiyi “gec-tez məcbur olacaqlar” mesajı belə oxunmalıdır – Açıqlama

“Müasir qlobal tendensiyaları nəzərə alan Azərbaycan yerləşdiyi geosiyasi vəziyyətə uyğun olaraq yürütdüyü çoxtərəfli diplomatiya və multilateralizm siyasəti nəticəsində bütövlükdə təmsil etdiyi bölgədə sabitliyə, təhlükəsizliyə, inkişafa töhfə verməklə Avrasiya coğrafiyasında ciddi əməkdaşlıq körpüsü rolunu oynayan mərkəzə çevrilib. Milli maraqlara söykənən bu xarici siyasət əsasında Azərbaycan regionda və onun hüdudlarından kənarda mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı tərəfdaşlıq mühiti formalaşdırmağa nail olub. Azərbaycan “konsensus diplomatiyası”ndan fayadalanraq kompromislər nəticəsində Cənubi Qafqazı bir-birinə rəqib və zidd olan güclər arasında əməkdaşlıq və dialoq mərkəzinə çevirə bilib. Yürüdülən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Avrasiya və Afrika üçün iqtisadi cəhətdən logistik mərkəz deyil, eyni zamanda qlobal humanitar problemlərin həlli, müxtəlif tərəflər arasında uğurlu dialoq platforması yaradılan mərkəz kimi qəbul edilməkdədir. Bakının NATO-Rusiya, İsrail-Türkiyə  və digər müxtəlf tərəflər arasında dialoqa ev sahibliyi etməsi dediyimizin bariz nümunəsidir. Yəni Azərbaycan çoxtərəfli diplomatiyanın verdiyi imkanlardan təkcə sıx regional iqtisadi əməkdaşlıq münasibətlərinin qurulması üçün deyil, eyni zamanda sülhməramlılıq niyyətini ortaya qoymaqla regional və qlobal müstəvidə  sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməkdədir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir ki, artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni formada ortaya çıxan orta güc kimi qəbul edilməkdədir. “Prezident İlham Əliyev çoxtərəfli diplomatiyadan  məharətlə istifadə etməklə beynəlxalq əməkdaşlığın müxtəlif iştirakçıları arasındakı ziddiyyətləri azaltmağa nail olmaqla konstruktiv əməkdaşlığın qurulmasına nail ola bilib. Bununla Azərbaycan həm öz geosiyasi mövqelərini möhkəmlətməklə yanaşı, həm də tərəflər arasında etibarlı əməkaşlıq, dialoq körpüsü yarada bilib. Bu səbəbdən də Azərbycan Qərblə Şərq, Şimalla Cənub arasında qovşaq rolunu oynamaqdadır. Bunu bütün tərəflər açıq şəkildə dilə gətirilərək oynadığı rol yüksək qiymətləndirilməkdədir. Bu günlərdə Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdikləri ifadələr dediklərimizin sübutudur. Koşta və Ursula Fon der Lyayen Azərbaycanın nəinki Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu, eyni zamanda Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rol oynadığını, ölkəmizin Avrasiyada daha geniş coğrafiyada sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynamasının əhəmiyyətini məmnunluqla qeyd etdilər. Azərbaycan artıq pan-Avropa ölkəsi kimi qəbul edilir. Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı baş nazir Viktor Orbanın səsləndirdiyi bəyanatlar bir daha Azərbaycanın orta güc rolunda çıxış etməsinin bariz nümunəsi hesab etmək olar”, – o qeyd edib.