NIPA-30
a

Author: admin_amip

“20 Yanvar Azərbaycanın müasir tarixinin qanlı səhifələrindən biridir. O zaman ölkəmiz hələ SSRİ-nin tərkibində idi. Sovet İmperiyasının işğalı altında olan ölkəmizdə çox böyük bir milli azadlıq hərəkatı vüsat almışdı və bu keçmiş Sovetlər coğrafiyasında ən güclü, təşkilatlanmış və idarə olunan bir azadlıq hərəkatı idi”. Bu sözləri Patrul.az-a açıqlamasında 20 Yanvar faciəsinin 36-cı ildönümündə şəhidlərimizi yad edən Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat 20 Yanvar faciəsini planlaşdıran, millətimizin azadlıq mübarizəsini boğmağa çalışan şəxslərin kimliklərini sadalayaraq onların törətdikləri vicdansız əməlləri bir daha xatırlatdı: “1991-ci ilin yazında Azərbaycanda parlament seçkiləri

Bu gün Azərbaycan cəmiyyəti 20 Yanvar faciəsinin ildönümünü dərin hüzn və ehtiramla xatırlayır. 36 il əvvəl azadlıq və dövlət müstəqilliyi naminə meydanlara çıxan insanlar ağır itkilər bahasına olsa da, iradələrindən geri çəkilmədilər. Həmin günlər yaşından, cinsindən aslıı olmayaraq hər kəs meydanlara axışır, Azərbaycanın müstəqilliyinin ilk addımlarını atırdılar.  Onlar içərisində hazırda Milli Məclisdə təmsil olunan deputatlar da olub.  Modern.az prosesin içində olan deputatlarla əlaqə saxlayaraq, həmin günü necə xatırladıqlarını öyrənib.  Deputat Arzuxan Əlizadə də həmin dövr hadisələrin aktiv iştirakçılarından biri olduğunu söyləyib:“Tələbə vaxtından Milli Azadlıq Hərəkatına qoşulmuşduq. Proseslərin içərisində idik. 20

“Son günlər keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vaxtilə "AzTV"nin canlı yayımı zamanı efirə gəlməsi ilə bağlı videosu sosial şəbəkələrdə mənim də qarşıma çıxıb. Bu, dövlətçilik baxımından utancverici hadisə idi. Milli İstiqlal Partiyasının rəhbərliyində təmsil olunan şəxslərlə o zamankı hakimiyyət nümayəndələrinin birgə iştirak etdikləri verilişə Daxili İşlər Nazirliyi tərəfindən basqın edilmişdi. Studiyaya girilərək canlı efirdə etik olmayan ifadələr işlədilmişdi. Yumşaq dildə desək, bu, təkcə studiyada olanlara qarşı deyil, bütövlükdə televiziya tamaşaçılarına, xalqa qarşı edilən hörmətsizlik idi. Heç bir halda təqdir oluna biləcək hadisə deyil”. Bu

20 yanvar 2026-cı il tarixində, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin şəhadətinin 36-cı ildönümü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası fəxri lideri Etibar Məmmədov, partiya Sədri millət vəkili Arzuxan Alizade AMİP funksionerləri və bir qrup partiya üzvü Şəhidlər Xiyabanını ziyarət ediblər.​Mərasim zamanı AMİP heyəti tərəfindən Azərbaycanın azadlığı simvoluna çevrilmiş şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzülüb, onların əziz xatirəsi böyük ehtiramla yad edilib.​Şəhidlərimizin fədakarlığı Azərbaycan dövlətçiliyinin təməl daşlarından biridir. Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.Azərbaycanın suverenliyi uğrunda

“Son günlər keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vaxtilə "AzTV"nin canlı yayımı zamanı efirə gəlməsi ilə bağlı videosu sosial şəbəkələrdə mənim də qarşıma çıxıb. Bu, dövlətçilik baxımından utancverici hadisə idi. Milli İstiqlal Partiyasının rəhbərliyində təmsil olunan şəxslərlə o zamankı hakimiyyət nümayəndələrinin birgə iştirak etdikləri verilişə Daxili İşlər Nazirliyi tərəfindən basqın edilmişdi. Studiyaya girilərək canlı efirdə etik olmayan ifadələr işlədilmişdi. Yumşaq dildə desək, bu, təkcə studiyada olanlara qarşı deyil, bütövlükdə televiziya tamaşaçılarına, xalqa qarşı edilən hörmətsizlik idi. Heç bir halda təqdir oluna biləcək hadisə deyil”. Bu

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk qonağı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadədir. Deputat üç qonşu ölkə - İran, Rusiya və Ermənistanla bağlı suallarımızı cavablandırıb: - Arzuxan bəy, cənub qonşumuzda etirazlar səngiyib. Demək olar ki, proses bitdi, yoxsa yeni dalğasını gözləyirsiniz? - İranda hadisələr Tehran bazarından başlamışdı. Tacirlər dolların bahalaşmasına, milli valyutanın dəyərini itirməsinə, üzləşdikləri problemlərə etiraz edirdilər. Bu etirazlar sonra ölkənin bir çox yerlərinə sıçradı. İndi gərginlik müəyyən qədər səngiyib, amma buna səbəb olan poblemlər aradan qalxmayıb. Əksinə, etirazçıların

"20 Yanvar təkcə faciə deyil, eyni zamanda müasir Azərbaycan tarixinin ən qürurlu və qəhrəmanlıq dolu səhifələrindən biridir".  Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı danışarkən deyib. Deputat vurğulayıb ki,  həmin gün azadlıq və müstəqillik uğrunda ayağa qalxmış Azərbaycan xalqına qarşı o zamankı SSRİ rəhbərliyi tərəfindən son dərəcə qəddar və qeyri-insani cəza mexanizmi işə salındı. SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, xüsusi xidmət orqanlarının rəhbərliyi bu prosesə birbaşa rəhbərlik etdi və SSRİ-nin o zamankı prezidenti Mixail Qorbaçovun əmri

"2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi əslində ölkənin strateji inkişafında mühüm dövrün başlanğıcını simvollaşdırır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Prezidentin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş bu qərar həm tarixi memarlıq ənənələrinin qorunmasına, həm də müasir şəhərsalma prinsiplərinin tətbiqinə görə böyük əhəmiyyət kəsb edir: "Məlumdur ki, sərəncamda Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq mədəniyyətinin dövlət səviyyəsində qiymətləndirilməsi və yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi əsas məqsəd kimi göstərilib. Bildiyiniz kimi, Azərbaycanın memarlıq və şəhərsalma