Sülh üçün yeni format: Təkbətək görüş
“Təcrübə onu göstərdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilik edən tərəflər ABŞ, Rusiya və Fransa bir çox hallarda öz siyasi və iqtisadi maraqlarını önə çəkməyə çalışırlar. Əslində, onlar vasitəçilik etməklə nə isə əldə etməyi hədəfləyirlər”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O vurğulayıb ki, Azərbaycan qalib olaraq şərtləri diqtə edən tərəfdir: “Bu gün sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası da daha çox rəsmi İrəvana sərf edir. Çünki biz torpaqlarımızı işğaldan azad etmişik və əsas
Arzuxan Əlizadə: “Fransanın Ermənistanı silahlandırmaqda məqsədlərindən biri Türkiyənin regionda təsirini zəiflətməkdir”
“Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”. Bu fikri Prezident İlham Əliyev Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib. Ölkə başçısının sözlərinə görə, Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür: “Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl
17 noyabr – Milli birliyin əsasının qoyulduğu gün
“Bu gün Milli Dirçəliş Günüdür. Bu günü xalqımızın öz dəyərlərinə qayıtmasının başlanğıc günü hesab olunmalıdır”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O, həmin günlə bağlı xatirələrini də bölüşüb: “Yadımdadır ki, 35 il bundan əvvəl 1988-ci ildə tələbə idim. Mən universitetə gələndə artıq məlum oldu ki, hər kəs meydana toplaşır. Biz də tələbə yoldaşlarımızla birlikdə meydana getdik və dekabrın 5-nə qədər meydanlarda qaldıq. Gecə-gündüz tonqal ətrafında Azərbaycanın tarixi, keçmişi və gələcək perspektivləri barədə fikir mübadilələri aparıldı. Həmçinin, o zamanın ziyalıları da xalqın içərisinə
Afsəddin Nəbiyev: “Ermənistanın xilas yolu qonşularla münasibətləri normallaşdırmaqdan keçir”
Erməni mediası yazır ki, Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 10-20 min arasında dəyişir: “Rəsmi rəqəmlərə görə, artıq Qarabağdan Ermənistana köçən 10 mindən çox şəxs, qeyri-rəsmi olaraq isə 20 min nəfər Ermənistanı tərk edib”. Yeri gəlmişkən, təxminən bir ay əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin ölkədə qalmaq istəmədiklərini, davamlı olaraq ölkəni tərk etdiklərini demişdi. Həmçinin qeyd etmişdi ki, ölkəni tərk edən Qarabağ ermənilərinin sayı dəyişir. Belə görünür ki, bu gedişlə Ermənistanda Qarabağ ermənisi qalmayacaq. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda əzəldən Qarabağ
Əfqanıstan, Liviya, İraq kimi dövlətləri qan gölünə çevirən ABŞ sülhün düşmənidir – AÇIQLAMA
Uzun illər ərzində ABŞ da daxil olmaqla bir sıra Qərb dövlətlərinin və bir sıra beynəlxalq təşkilatların Azərbaycana yönəlik münasibətdə ikili standartlardan çıxış etməsinə şahidlik etmişik. ABŞ Konqresində Azərbaycanın Qarabağ bölgəsinin gələcək taleyi adlı məsələnin müzakirəyə çıxarılması da növbəti dəfə Azərbaycana yönəlik münasibətdən irəli gəlir. Təəssüflər olsun ki, bu dövlət 30 ilə yaxın müddətdə Azərbaycan torpaqları işğal altında olduğu sürəcdə Azərbaycana lazımi siyasi dəstək verməyib və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq da əslində münaqişənin aradan qaldırılması və Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində fəaliyyət