“Zənnimcə, Rusiya Xocalı, Xankəndi… məsələsində də çox israrlı ola bilməyəcək…” – Etibar Məmmədov
“Əlbəttə, bu prosesdə də Ərdoğanın önəmli rolu olacaq. Düzdü, burada Ərdoğanla yaxşı münasibətlərdə olan Putinin də öz maraqları var
Ərdoğanın qələbəsindən Azərbaycan da qazandı – Etibar Məmmədov
Milli İstiqlal Partiyasının lideri, siyasi ekspert Etibar Məmmədov “Həftə içi”nə növbəti müsahibəsində 28 May Müstəqillik günündə Laçın şəhərinə ilk 20 ailənin köçürülməsi ilə bağlı təəssüratlarını bölüşdü. Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsinin Türkiyənin özü, Azərbaycan və bütövlükdə regionun gələcəyinə, həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə necə təsir göstərəcəyi və s. haqda fikirlərini açıqladı. -Etibar bəy, mayın 28-də, Azərbaycanın Müstəqillik Günü Laçın şəhərinə ilk 20 ailə köçürüldü. Dövlət başçısı İlham Əliyev orada həmin ailələr qarşısında çıxış etdi və özü şəxsən yeni evlərin açarlarına
“Əməkdaşlıq imkanları kifayət qədərdir” – Rəşad Bayramov
"İsrail istər birinci Qarabağ savaşı, istərsə də sonrakı dövrdə daim Azərbaycanın ərazi bütövlüyünü tanıyan və bütün Beynəlxalq Platformalarda Azərbaycanın haqq səsinə səs verən bir dövlətdir". Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Rəşad Bayramov bildirib. Politoloq vurğuladı ki, hələ 90-cı illərin əvvəllərində, yəni birinci Qarabağ savaşı dönəmində Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi bir zamanda İsrail yenə də haqq-ədalətin yanında oldu, ölkəmizin haqq səsinə dəstək olaraq öz hərbi arsenalını Azərbaycanın üzünə açdı: "Artıq uzun illərdir ki, rəsmi Təl-Əviv Azərbaycanın müdafiə sənayesinin inkişafında, eləcə də digər müstəvilərdə ölkəmizlə
Paşinyandan Ərdoğana təbrikin pərdəarxası məqamları…
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti seçkilərinin ikinci turunda qalib gələn dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Paşinyan “Twitter” səhifəsində bunları qeyd edib: “Prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbrsizliklə gözləyirəm”. Paşinyanın bu təbrikinin hansı pərdəarxası məqamları ola bilər? Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın Ərdoğanı təbrik etməsi ilə Baydenin və ya Makronun Ərdoğanı təbrik etməsi arasında elə də fərq görmür: “Məsəl var,
28 May – Milli qürur günümüz!
28 May - Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Düz 105 il bundan əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlətin, Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyuldu və dünyanın siyasi nizamının yenidən şəkilləndiyi bir dövrdə Azərbaycanın istiqlaliyyəti elan olundu. Cumhuriyyətin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında qurulması xalqımızın o dövrdə milli azadlıq,
Afsəddin Nəbiyev: “Paşinyanın Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırması siyasi həyasızlığın son həddidir”
Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirib. Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb. Prezident İlham Əliyev isə bildirib ki, Zəngəzur dəhlizi ərazi iddiaları deyil, nəqliyyat kommunikasiyası mənasını daşıyır. Paşinyanın Laçın yolunun qanunsuz bağlanması iddiasına cavab olaraq İlham Əliyev bildirib ki, bu yolda dövlət sərhədində keçid məntəqəsi yaradılıb və erməni millətindən olan istənilən ölkə vətəndaşı oradan təhlükəsiz keçə bilər. Yeri gəlmişkən, Prezident İlham Əliyev tutarlı arqumentlərlə Paşinyanı susduranda prosesi izləyən Rusiya prezidenti
Rusiya üçün Zəngəzur dəhlizinin açılması vacibdir – Rəşad Bayramov
“Rusiyada keçirilən görüşdə ciddi qərarların verilməyəcəyi əvvəlcədən də proqnozlaşdırılırdı. Çünki Azərbaycan-Ermənistan rəsmilərinin Moskva görüşü ABŞ, Brüssel və iyunun 1-də Kişinyovda keçirilməsi planlaşdırılan görüşlərə Rusiya tərəfinin qısqanclığının göstəricisi idi. Rusiya tərəfi heç bir vəchlə proseslərdən kənarda qalmasını qəbul edə bilmir və bu baxımdan erməni baş nazrinin və Azərbaycan Prezidentinin Avrasiya İqtisadi Forumu çərçivəsində görüşünə razlıq aldı, görüş baş tutdu”. Bunu hafta.az-a politoloq Rəşad Bayramov Moskva görüşündə əldə olunan nəticələrə diqqət çəkərkən bildirib. R.Bayaramov məlum görüşlər zamanı əsasən nəqliyyat və kommunikasiyalarla bağlı müzakirələrin aparılmasını təsadüfi saymayıb. Onun fikrincə,