Arzuxan Əlizadə: “Zaxarovanın bəzi fikirləri həqiqətdən uzaqdır”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistana yönəlik bir sıra tənqidi fikirlər səsləndirib. Zaxarovanın açıqlamasından belə məlum olub ki, Ermənistan var olmasına görə Rusiyaya borcludur. M.Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın “WSJ”ya müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki, Ermənistan Rusiyadan ən çox bəhrələnən ölkədir: “Müsahibədə Ermənistanın və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında hərbçilərimizin, sərhədçilərimizin rolu azaldılır, KTMT-nin və sülhməramlıların effektivliyindən təəssüfləndikləri ifadə olunur. Gəlin, faktları xatırlayaq. Faktlar ki, var. Ermənistan iqtisadiyyatının sürətli artımı, 2022-ci ildə 12,6 faiz artım
Makron Brüssel formatını sabotaj etdi, Moskva danışıqları dalanda
Bəs bundan sonra danışıqlarda hansı format üstünlük qazanacaq? Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşünün baş tutmayacağı dəqiqləşdi. Yada salaq ki, Brüssel görüşü baş tutmayan Qranada görüşündən sonra keçirilməli idi. Amma Brüsseldə nəzərdə tutulan görüş ərəfəsi də Fransa “dinc durmadı”. Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin BMT Təhlükəsizlik Şurası səviyyəsində elan etdiyi təşəbbüs, Ermənistanla hərbi-texniki əməkdaşlıq buna sübutdur. Fransa demək istəyir ki, görüş ya Parisin müəyyən etdiyi çərçivədə olmalıdır, ya da baş tutmamalıdır. Belə görünür ki, Şarl Mişel də artıq Bakını danışıqlar masasında oturmağa
Afsəddin Nəbiyev: “Fransa qarşıdurmanın daha da dərinləşməsi üçün dövlətləri güc tətbiq olunmasına sövq edir”
Fransa prezidenti Emmanuel Makron İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın İsrailə hücumundan sonra HƏMAS-la da mübarizə aparmaq üçün genişləndirilməsinə çağırıb. Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra çıxış edən Makron deyib ki, İŞİD-lə mübarizə aparan ölkələr HƏMAS-la da mübarizə aparmalıdır: “İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiya HƏMAS-a qarşı da mübarizə aparmalıdır”. Ancaq Fransadan fərqli olaraq, Türkiyə və Azərbaycan 2 dövlət prinsipini irəli sürür. Yəni İsraillə yanaşı, Fələstin dövlətinin də yaradılmasını dəstəkləyir. Həmçinin, bununla bağlı beynəlxalq konfrans çağırmağı təklif edir. Bununla yanaşı, prosesə
Bir müharibədə 5 maraq: İran qazanclı çıxacaq?
“Bəzi güc mərkəzləri HƏMAS-la İsrail arasında baş verən müharibənin genişlənməsi və bütöv bir regiona yayılmasında maraqlıdır”. Bu sözləri politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında İsrail-Fələstin regionunda son hadisələrin hansı məcraya doğru getməsini şərh edərkən bildirib.O qeyd edib ki, bu müharibə Yaxın Şərqdə, eləcə də Cənubi Qafqazda mövcud vəziyyətə öz təsirini göstərə bilər: “Kimin qarşıdurmanı başlamasından və müharibəni qızışdırmasından asılı olmayaraq, hər iki tərəfdə mülki və dinc insanlar həlak olurlar. Bu kimi hadisələrə yol verilməsi qəbuledilməzdir. Ancaq son proseslər onu görsədir ki, İsrailin arxasında dayanan güc mərkəzləri, o cümlədən HƏMAS-ı