NIPA-30

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələri

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələri

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 1992-ci ildə qeydiyyatdan keçdiyi dövrdən başlayaraq beynəlxalq əlaqələrə xüsusi önəm verib. Partiyanın bu istiqamətdə Azərbaycanın qonşu ölkələri olan Türkiyə, Gürcüstan və Rusiyada fəaliyyət göstərən siyasi partiyalarla xüsusilə yaxın, işgüzar münasibətləri formalaşıb.

 

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələri

AMİP-in daha geniş beynəlxalq əlaqələrinin yaranması isə 1995-ci ilə təsadüf edir. Həmin vaxtdan etibarən AMİP Böyük Britaniyanın Konservatorlar Partiyası ilə əlaqələr qurub. Bu əlaqələrin davamı olaraq Partiya 1996-cı ildə dünyanın aparıcı ölkələrinin nüfuzlu siyasi təşkilatlarını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqına (BDİ) (ing. IDU) üzv olmaqla bağlı müraciət edib. 1999-cu ilin əvvəllərinə kimi BDİ-də müşahidəçi statusunda fəaliyyət göstərən Azərbaycan Milli İstiqlal Partiyası 1999-cu ildən BDİ-nin tam hüquqlu üzvüdür. AMİP lideri Etibar Məmmədov 2005-ci ildən etibarən BDİ-nın sədr müavinidir.

 

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələri

BDİ çərçivəsində AMİP bir sıra siyasi partiyalar ilə, o cümlədən İsveçin Moderat Partiyası ilə 2003-cü ildən davamlı olaraq əməkdaşlıq edir. Bu əməkdaşlığın inkişafında Moderat Partiyası ilə bağlı Jarl Hjalmarson Fondunun xüsusi rolu vardır. İkitərəfli əməkdaşlıq çərçivəsində AMİP və Moderat Partiyasının siyasətçiləri və siyasi mütəxəssislərinin ildə bir neçə dəfə birgə seminarları keçirilir, hər iki Partiyanın üzvlərinin, funksionerlərinin, Gənclər və Qadınlar təşkilatlarının iştirakı ilə müxtəlif tədbirlər təşkil olunur.

 

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələri

AMIP-in Gənclər Təşkilatı 1997-ci ildən dünyada 100-dən artıq sağ-mərkəz gənclər təşkilatlarını öz ətrafında birləşdirən Beynəlxaq Gənc Demokrat İttifaqının üzvüdür.