NIPA-30
a

Mass media

Növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisdə təmsil olunacaq partiyaların sayı da məlum olub. Belə ki, 11 siyasi partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb.  Bunun özü də seçkilərin necə demokratik və azad şəraitdə keçirilməsindən xəbər verir. Həmçinin, seçkilərin şəffaf keçirildiyini həm yerli, həm də xarici müşahidəçilər təsdiqləyib. Budəfəki seçkidən sonra Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və Böyük Azərbaycan Partiyası (BAP) da parlament partiyası statusu qazandı.  AMİP sədri Arzuxan Əlizadə və BAP sədri Elşad Musayev deputat seçildi.  “Cebheinfo.az” parlamentə yeni seçilən deputatların təəssüratlarını öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

“İlham Əliyev kimi lideri olan düşmənə həsəd aparmağa başlayıram. Onun son uğurlarından biri ABŞ-ı (ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə) məcbur etməkdir ki, “Birləşmiş Ştatlar İrəvana öldürücü silahları nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə çatdırıb” bəyanatını versin. Və Ağ Ev bunu əsaslandırmağa çalışıb:  “Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olmaq Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir”. Amerika bu fikirləri ona görə səsləndirib ki, Azərbaycan mediası Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın üçüncü dövlətlər vasitəsilə İrəvana ölümcül silahlar göndərdiyini yazıb”. Bunu “hraparak.am” saytında Vaxtanq Siradeqyan

Məlum olduğu kimi, 1 sentyabr tarixində Azərbaycan Milli Məclisinə seçkilərlə yanaşı həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçiriləcək. 45 yer uğrunda seçki yarışında 187 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərdən biri də AMİP Ali Məclisinin sədri Rəşad Bayramovdur.Moderator.az Naxçıvan Ali Məclisinə seçkilər, gözlənilən seçici fəallığı və ümumiyyətlə seçki prosesinin gedişi ilə bağlı onun fikirlərini öyrənib. - Rəşad bəy, Naxçıvanda seçki prosesi necə gedir və vətəndaşların seçkilərə münasibəti hansı səviyyədədir? - Naxçıvan Ali Məclisinə seçkilər “Naxçıvan MR Ali Məclisinə seçkiər haqqında” Naxçıvan MR Qanunu

Rəsmi İrəvan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından imtina etməyib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin guya “Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı “etnik təmizləmə” aparmasından sonra Rusiya 10 noyabr bəyanatının qüvvədə qaldığını hesab edirmi? Əgər hesab edirsə, o zaman Moskva ermənilərin Qarabağa qayıtmasını necə görür” sualına cavabında bildirib. Zaxarova erməni jurnalistin “etnik təmizləmə” terminindən istifadə etməsinə irad tutub. Qeyd edib ki, Qarabağda “etnik təmizləmə” ilə bağlı Ermənistanda hörmətlə yanaşılan heç bir beynəlxalq təşkilat

27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizəd, AMİP sədri Arzuxan Əlizadə parlament seçkilərinə gerisayım başladığı bu günlərdə apardığı seçki kampaniyası ilə bağlı Sitat.info-ya danışıb.  Namizəd bildirib ki, kampaniya uğurla həyata keçirilir və dairədə yüksək maraqla qarşılanır: "Bu gün artıq 8-ci görüşümüzdür. Günaşırı seçicilərimizlə görüşürük. Sonuncu görüşümüz də ayın 30-da baş tutacaq. Digər günlərdə isə məhəlləarası görüşlərimiz olur, sakinlərlə həmsöhbət oluruq. Heç bir problem yaşamamışıq. Qələbəmizə inanırıq, ona görə də ürəklə bu dairədən namizədliyimi vermişəm". A.Əlizadə bildirib ki, Sabunçu rayonu onun üçün təsadüfi seçilmiş bir ərazi deyil: "Mən bu

Ermənistana verilən yeni silahlar müharibə ehtimalını artırır. Məsələ ondadır ki, bu il aprelin 5-də Vaşinqtonda ABŞ və Avropa İttifaqı ilə Hərbi Pakt imzalayan Ermənistan son həftələrdə Azərbaycana qarşı kifayət qədər aqressiv davranır. Bunun əsas səbəbi Ermənistana ABŞ, Hindistan, Fransa və Almaniya silahlarının ötürülməsidir. Son məlumatlara görə, Ermənistana artıq bu silahlar çatdırılıb: 12 ədəd SEZAR özüyeriyən haubitsası, onlarla R511 və R530 “hava-hava” tipli raket, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, 3 ədəd “Panzerfaust” tank əleyhinə kompleks, 500-ə yaxın birdəfəlik

Rusiyada mövcud və tikilməkdə olanlardan əlavə 11 yeni iri və kiçik atom elektrik stansiyasının tikintisi nəzərdə tutulur. “2042-ci ilə qədər elektrik enerjisi sənayesi obyektlərinin yerləşdirilməsinin baş sxemi” adlı layihə ictimai müzakirəyə çıxarılıb. Layihəyə əlavədə deyilir ki, 2036-cı ilə qədər Rostov, Sverdlovsk, Çelyabinsk, Tomsk vilayətlərində, Primorsk, Krasnoyarsk və Xabarovsk ərazilərində, Çukotka Muxtar Dairəsində, Saxa Respublikasında (Yakutiya) yeni atom elektrik stansiyaları tikiləcək və s. O da məlumdur ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanla Ermənistan arasında qarşılıqlı razılaşma əsasında nəqliyyat-kommunikasiyaya dair maddə sülh müqaviləsi layihəsindən çıxarılıb. İndi də radikal müxalifət təmsilçiləri bunu əlində bayraq edib xaricdə yayımlanan kanallara bunu belə anladırlar ki, guya Azərbaycan Zəngəzur dəhlizindən əlini üzüb və o üzdən bu addımı atıb. Guya hakimiyyət anlayır ki, Zəngəzur dəhlizini əldə edə bilməyəcək və bu məsələdə Ermənistana Qərbdən dəstək xeyli böyükdür. Bunun fonunda Azərbaycan bu dəhlizdən ötrü hərbi əməliyyatlara başlasa, bu artıq başqa ölkənin süverenliyini pozmaq hesab ediləcək. Bu da Azərbaycanın ciddi beynəlxalq

Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Bu konteksdə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri sürətlə inkişaf edir. Təsadüfi deyil ki, son 3 ildə Orta Asiya ölkələrinin keçirdiyi bütün tədbirlərə Prezident İlham Əliyev dəvət edilir. Azərbaycanın üzv olmadığı regional təşkilatlara ölkə başçısı dəvət edilir.  Belə ki, ölkə başçısı Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirak edib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan bir sıra şəxslər namizədliklərini geri götürməyə başlayıblar. Belə ki, Demokrat və Vəhdət partiyalarının sədrləri Sərdar Cəlaloğlu, Tahir Kərimli, uzun müddət Milli Məclisin üzvü olan bəzi tanınmış şəxslər seçkilərə qatılsalar da, sonradan iştirak etməyəcəklərini bildiriblər.  Həmçinin, Müsavat, Ümid, Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri də seçkiyə qatılacaqlarını açıqlasalar da, marafona az qalmış əks mövqe sərgiləyiblər. Ümumən, bu nə siyasi texnologiyadır, nə kimi seçki texnologiyasıdır? Belə texnologiyanın hər hansı effekti varmı? Niyə bu üsuldan istifadə edirlər və bununla nə demək istəyirlər? Yəni namizədlərin