
Elxan Əmrəli oğlu Əhmədzadə 10 noyabr 1963-cü ildə Lerik rayonunun Hücü kəndində anadan olmuşdur.
1970-ci ildə Lənkəran rayonunun Liman şəhərində yerləşən 1 saylı orta məktəbə daxil olmuş, 1980-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.
1982–1984-cü illərdə hərbi xidmətdə olmuşdur. 1985-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuş, 1991-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir.
Əmək fəaliyyətinə 1980-ci ildə Nizami rayonundakı 2 saylı ayaqqabı fabrikində başlamışdır.
2001-ci ildən etibarən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür. Uzun illər AMİP Mərkəzi İntizam Komissiyasının rəhbərliyində təmsil olunmuşdur, 2025-ci ildə keçirilmiş AMİP XIII Qurultayında Partiyanın Siyasi Şurasının üzvü seçilmişdir. Ailəlidir.