NIPA-30

Mütəllibovun yas mərasiminə siyasilərdən kimlər qatılıb?

Azərbaycanın Müstəqillik Aktına imza atan bu şəxsin dəfnində az sayda siyasi çevrədə təmsil olunan şəxsləri gördük. Müxalif düşərgədən isə kimsə gözə çarpmadı. Onun üçün də mərhum prezidentin yas mərasimlərində ölkə müxalifətinin iştirak edib-etməməsi ilə maraqlandıq. 

AĞ Partiya başqanı Tural Abbaslı yasda iştirak etdiklərini söylədi: “Biz Ayaz Mütəllibovun üç mərasimində iştirak etdik. AĞ Partiya rəhbərliyi olaraq köməkçisinə, oğluna və yaxınlarına başsağlığı verdik, Allahdan rəhmət dilədik. Düşünürəm ki, belə məsələlər artıq siyasi mədəniyyətin tərkib hissəsi olmalıdır. Çünki bizim siyasi görüşlərimiz üst-üstə düşməyə bilər, amma şəxsi anlamda bir-birimizə münasibətimiz diqqət tələb etməlidir. Özümüz də diqqətli olmalıyıq.

Tural Abbaslı toyunun vaxtını təyin etdi » Sfera.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Tural Abbaslı: “Siyasi görüşlərimiz üst-üstə düşməyə bilər, amma…”

Siyasi mədəniyyətin inkişafında töhfəmizi verməliyik. Ayaz Mütəllibov rəsmi şəkildə Azərbaycanın ilk prezidenti olub, Müstəqillik Aktına imza atıb. Səhvləri və düzləri ilə, hər halda, tariximizdir. Azərbaycanın eks-prezidenti statusu daşıyan insan olub. Azərbaycanda fəaliyyət göstərən bir partiya kimi orada iştirak etməli idik və etdik də. Sonda bir daha qeyd edirəm ki, bunu siyasi mədəniyyətin tərkib hissəsi kimi qəbul edirik”.

ALDP rəhbəri Fuad Əliyev A.Mütəllibovun yas mərasimlərinin birində iştirak edəcəyini qeyd etdi: “Son illər iqtidar-müxalifət münasibətlərinin normallaşmasından sonra həm bayramlarda tərəflər bir-birilərini təbrik edir, həm də yas mərasimlərində qarşılıqlı iştirak olunur. Misal üçün, birinci vitse-prezident Mehriban Əliyevanın keçmiş prezident, mərhum Əbülfəz Əliyevin mərhum həyat yoldaşının yas mərasimini təşkil etməsini göstərmək olar.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev: “Ayaz Mütəllibovun yas mərasimlərinin birində iştirak edəcəyəm”

Ölkənin birinci prezidenti Ayaz Mütalibovun vəfatı ilə bağlı Prezident İlham Əliyevin başsağlığı verməsi, dəfn mərasiminə əklil göndərməsi bu münasibətlərin davamlı olduğunun göstəricisidir. Yəqin ki, iqtidar nümayəndələri mərhum Ayaz Mütəllibovun yasında iştirak ediblər. ALDP sədri kimi sözsüz ki, Ayaz Mütəllibovun yas mərasimlərinin birində iştirak edəcəyəm. Onunla Moskva şəhərində və Bakıda bir neçə görüşlərim olub, fikir mübadiləsi aparmışıq. Bir daha ailəsinə başsağlığı verirəm”.

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev: “Elə bir planımız yoxdur”

Böyük Azərbaycan  Partiyasının sədri Elşad Musayev mərhuma rəhmət dilədi: “İştirak etməmişik. Elə bir planımız da yoxdur. Ölən hər kəsə Allah rəhmət eləsin. O cümlədən mərhum Ayaz Mütəllibova da”.

Afsəddin Nəbiyev: “Biz "xəstə təfəkkürlə" sağalmaz bəlaya düçar olmuş  toplumla üz-üzəyik” - Azinforum.az İnformasiya Portalı

Afsəddin Nəbiyev: “Azərbaycan cəmiyyətində yeni münasibətlər sistemi qurulur”

Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Afsəddin Nəbiyev belə yas mərasimlərində iştirakı normal sayır: “Ayaz Mütəllibov 1990-1992-ci illərdə Azərbaycanın ilk prezidenti olub. Çətin mürəkkəb tarixi proseslərin baş verdiyi dövrdə Azərbaycan dövlətinə rəhbərlik edib. Eyni zamanda SSRİ-nin dağılması prosesi gedirdi. Yeni müstəqil dövlətlər yaranırdı. Bu gün o dövrlərə asanlıqla baxmaq olar. Ancaq tariximizdə bu illər qarmaqarışıq bir dövr kimi xarakterizə olunur. Müstəqilliyimizin, dövlət atributlarımızın təsdiq olunması məhz Ayaz Mütəllibovun ilk prezidentliyi dövründə olub. Məşhur Çaykənd uğurlu əməliyyatı da Ayaz Mütəllibovun hakimiyyəti dövründə baş verib. Ancaq uğursuzluqları da olub. Xocalı soyqırımının baş verməməsi üçün qabaqlayıcı tədbirlər görə bilməməsi bu faciənin baş verməsinə səbəb oldu və bu dəhşətli hadisədən sonra istefa verdi. Ayaz Mütəllibov vəfat edib. O, Azərbaycan dövlətinə rəhbərlik edib, onun o dövrlər Rusiya ilə münasibətlərdə yumşaq mövqe sərgiləməsi bu gün dünyada baş verən proseslərdə daha aydın başa düşülür. Hazırda Azərbaycan cəmiyyətində yeni münasibətlər sistemi qurulur. Azərbaycana rəhbərlik etmiş şəxslər yanlışı və doğrusu ilə bizim vətəndaşlarımız olublar. Biz də partiya olaraq Ayaz Mütəllibovun yas mərasimlərində iştirak edənlərə çox normal yanaşırıq. Partiya təmsilçilərimiz vaxt və imkan baxımından yas mərasimində iştirak edəcəksə, bu normal qarşılanır. Belə məsələlər dövlətçiliyimizin sütunlarını möhkəmləndirən amillərdən biridir. Allah rəhmət eləsin”.

“Yeni Müsavat”