NIPA-30

Azərbaycan Milli İstiqlal Partiyasının Mətbuat və informasiya xidmətinin məlumatı

Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, iyun 2022-ci il

26-29 iyun 2022 ci il tarixlərində Berlində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, İcraçı Toplantısı və Sammiti keçirilmişdir. Tədbirlərdə partiyanı AMİP-in fəxri lideri Etibar Məmmədov və AMİP Sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev təmsil etmişdir. BDİ-yə üzv olan dünyanın bir sıra sağ mərkəz partiyalarının rəhbərlərinin, bir çox hazırkı və keçmiş dövlət, hökumət başçılarının, Avropa Parlamenti deputatlarının, ATƏT təmsilşilərinin və tanınmış siyasətçi, ekspertlərin iştirakı ilə keçirilən Forumda əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olmuşdur. Forumda Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko geniş nitq söyləyərək bu günə qədər olan hərtərəfli dəstəyə görə təşəkkür edərək, dünya dövlətlərini Ukraynaya köməklərini daha da artırmağa və Rusiyanın işğalçılıq siyasətinin qarşısını amaq üçün bütün vasitələrdən istifadə etməyə çağırmışlar.

Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, iyun 2022-ci il

BDİ-nin İcraçı Toplantısında AMİP-in fəxri lideri Etibar Məmmədov Cənubi Qafqazdakı vəziyyət və Ukraynadakı hadisələrin reqiona təsirləri ilə bağlı çıxış etmışdır. Ermənistan Azərbaycan arasında müharibə vəziyyətinin qalmasının reqiona və Avropanın enerji təhlükəsizliyinə təhdid olduğunu  bildirən E. Məmmədov çıxışında reqionda sabitliyin yaranmasında əsas yolun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən keçdiyini bildirmişdir. Bunun üçün isə tərəflərin bir-birilərinin ərazi bütövlüyünü tanıması və ərazi iddialarının olmamasını əsas şərt kimi vurğulamışdır.   E. Məmmədov çıxışında Azərbaycanın sülh müqaviləsini imzalamağa hazır olduğunu, Ermənistanın isə müxtəlif bəhanələrlə bundan yayınmaq istədiyini bildirərək Avropa İttifaqını bu istiqamətəki fəaliyyətini daha da artırmağa, dünya dövlətlərini daha da fəal olmağa çağırmışdır. Berlin Sammitindən öncə məlum olmuşdur ki, Sarkisyanın lideri olduğu Ermənistanın Respublikaçılar partiyası BDİ -yə üzv olmaq üçün Berlin toplantısına qatılacaqdır. Bu partiya indiyədək bir neçə dəfə belə çəhdlər etsə də AMİP onların BDİ-nin prinsiplərinə zidd fəaliyyət göstərdiklərini əsas gətirək  üzvlülük məsləsinin  qarşını ala bilmişdir.  Bu dəfə də reqionda separtçılığın və terrorun əsasını qoyan Sarkisyanın liderlik etdiyi partiyaının BDİ-yə üzvlüyünün imkansız olması ilə bağlı AMİP faktlarla etirazını bildirmişdir.  Belə ki, Krımın anneksiyası zamanı Rusiyaya dəstək verməsi, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə heç bir münasibət bildirməməsi , partiynın Moskvadan idarə olunması reallığı,  hakimiyyətə gəlmək üçün Kremlin yardımına arxalanması , Azərbaycanla yenidən müharibəyə başlamaq təbliğatını aparmaqla sülhün yaranmasına qarşı çıxması AMİP tərəfindən diqqətə çatdırılmışdır.  Nəticədə onlara üzvlük üçün  zəmanət verən (sponsorluq edən)  partiyalar zəmanətlərini geri çəkməklə bu məsələ ümüiyyətlə gündəlikdən çıxarılmişdır.

Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, iyun 2022-ci il