NIPA-30
a

July 2023

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Bu barədə məlumatı özünün Facebook səhifəsində “Qarabağın antiböhran şurasının sədri” Tiqran Petrosyan verib. O yazır ki, “Qarabağ hakimiyyəti”nin Putinə məktubunda “ölkənin və xalqın” ağır vəziyyətindən bəhs edilir. Qeyd olunur ki, Rusiya tərəfinin bu məsələlərdə “qətiyyətli” addım atmaması Qarabağ ermənilərinin “ölümünə bərabərdir”. Məktubda deyilir ki, ermənilər Ermənistanın indiki rəhbərinə yox, Putinin “ermənilər Qarabağda təhlükəsiz və ləyaqətli yaşayacaqlar” vədinə inanır. Arayik Arutyunyanın ofisində Putinə məktubu şərh etməyiblər. Məlum olub ki, separatçıların məktubuna Putin heç bir reaksiya

“Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısındakı çıxışı zamanı deyib. Prezident çıxışı zamanı Fransanın riyakar mövqeyini pisləyib: “Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində

Siyasi partiyaların qeydiyyatı üçün ayrılan son tarixin başa çatmasına cəmi bir həftə vaxt qalıb. İyulun 10-dək partiyalar üzvlərin siyahısını Ədliyyə Nazirliyinə təqdim etməlidir.  Görəsən, partiyalarda bu istiqamətdə işlər nə yerdədir? AMİP sədri Arzuxan Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, qeydiyyat məsələsində hər hansı bir problemin yaranacağını düşünmür:  “Qanuna müvafiq olaraq siyahılardan ibarət sənədləri bayramdan əvvəl hazırlamışıq. Razılaşdırdıq ki, bayramdan sonra sənədləri dərhal təqdim edək. Hazırda sənədləri təqdim etmək üçün aparırıq. Bu istiqamətdə problemin yaranacağını düşünmürəm”.  Azad Demokratlar Partiyası Sülhəddin Əkbər 6 ay ərzində üzvlərin sayını 5 minə qədər artırmağın mümkünsüz

ABŞ Konqresinin Nümayəndələr Palatası qızğın ermənipərəst mövqeyi ilə tanınan demokrat konqresmen Adam Şiffi qınayan qətnaməyə səs verib. Şiff ABŞ tarixində qınanılan 26-cı konqresmendir. Qətnamə Şiffi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri olduğu zaman Amerika ictimaiyyətini aldatmaqda ittiham edir. Qeyd olunur ki, Şiff Rusiya ilə Tramp şirkəti arasında iddia edilən əlaqələrə dair Konqres araşdırması zamanı dezinformasiya verib və keçmiş ABŞ prezidentinin ilkin impiçmenti ərəfəsində etdiyi hərəkətləri tənqid edib. Nümayəndələr Palatasının spikeri, Şiffin iddia edilən hərəkətlərini kəskin tənqid edən Kevin Makkarti indi onu Konqres qarşısında açıq şəkildə cəzalandıra

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin nəticələrinin araşdırılması üzrə komissiyasının iclasında deyib ki, Qarabağ məsələsində ölkəsinin müttəfiqi yoxdur: “Özümüzü aldatmağa ehtiyac yoxdur. Çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi sadəcə bir kağız parçası deyildi. Əsas hadisələrdən biri ATƏT-in Lissabon sammiti və birinci prezident Levon Ter-Petrosyanın dərc etdiyi “Müharibə, ya sülh” məqaləsidir. Əslində Ter-Petrosyan qeyd edib ki, status-kvo uzunmüddətli ola bilməz. Özümüzü aldatmağa ehtiyac yoxdur və Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur”. Paşinyanın sözlərinə görə, ekspertlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və “Azərbaycanın 7 rayonunun

Azərbaycanın Milli İstiqlal Partiyası iyun ayının 20-də Gədəbəydə polislə yerli əhali arasında olan qarşıdurmadan narahatlıqlığını ifadə edərək, anoloji  hadisələrin təkrarlanmaması üçün hökuməti  məsuliyyətli addımlar atmağa  çağırır.  Gədəbəy  rayonunun Söyüdlü kəndində sionid tərkibli süni gölün (vanna) inşa edilməsinə yerli sakinlərin etirazı zamanı polisin yaşlı qadına qarşı qəddar davranışı, hər bir vətəndaşımız kimi bizləri də hiddətləndirir. Bir daha bəyan edirik ki, vətəndaşlarımızın konstitusion hüqlarlından istifadə edərək  etiraz etmək hüququ olduğu halda, dinc insanlara qarşı güc tətbiqi yolverilməzdir.   Azərbaycan Milli İstiqlal Partiyası məsələ ilə əlaqədar hökumətin yaratdığı