NIPA-30
a

June 2023

"Hansı partiya yeni qanunun tələblərinə cavab verəcəksə, onun qeydiyyatı reallaşacaq. Hansı partiya ki, tələblərə cavab verməyəcək, onların qeydiyyata alınmaması ehtimalı böyükdür”. Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında” yeni qanunda konkret olaraq şərtlər göstərilib və bütün partiyalar həmin şərtlərə əməl etməlidir: "Bu şərtlər daxilində də partiyaların bundan sonra qeydiyyatdan keçməsi proseduru həll olunmalıdır. Hansı partiyaların qeydiyyata alınıb, hansının qeydiyyata alınmaması haqqında indidən fikir demək düzgün olmaz. Hesab edirəm ki, bu barədə danışmaq doğru da deyil. Köhnə

İndi də Ermənistan sülh üçün təminatçı məsələsini ortaya atıb. Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır. Onun sözlərinə görə, Rusiya, Avropa İttifaqı və ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdır: “Lakin bunun üçün ən güclü mexanizmi seçmək lazımdır. Tərəflərdən birinin təminatçı olması yaxşıdır, amma bunun kim olacağı barədə düşünməliyik”. A.Simonyan onu da əlavə edib ki, üçüncü tərəf sülh müqaviləsinin qarantı olmalıdır: “Sülh prosesi başlayıb və biz yaxşı işləməyə davam etsək, müəyyən nəticə əldə edə bilərik.

Milli İstiqlal Partiyasının lideri, siyasi ekspert Etibar Məmmədov “Həftə içi”nə növbəti müsahibəsində 28 May Müstəqillik günündə  Laçın şəhərinə ilk 20 ailənin köçürülməsi ilə bağlı təəssüratlarını bölüşdü. Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsinin Türkiyənin özü, Azərbaycan və bütövlükdə regionun gələcəyinə, həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə necə təsir göstərəcəyi və s. haqda fikirlərini açıqladı. -Etibar bəy,  mayın 28-də,  Azərbaycanın Müstəqillik Günü Laçın şəhərinə ilk 20 ailə köçürüldü. Dövlət başçısı İlham Əliyev orada həmin ailələr qarşısında çıxış etdi və özü şəxsən yeni evlərin açarlarına

"İsrail istər birinci Qarabağ savaşı, istərsə də sonrakı dövrdə daim Azərbaycanın ərazi bütövlüyünü tanıyan və bütün Beynəlxalq Platformalarda Azərbaycanın haqq səsinə səs verən bir dövlətdir". Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Rəşad Bayramov bildirib. Politoloq vurğuladı ki, hələ 90-cı illərin əvvəllərində, yəni birinci Qarabağ savaşı dönəmində Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi bir zamanda İsrail yenə də haqq-ədalətin yanında oldu, ölkəmizin haqq səsinə dəstək olaraq öz hərbi arsenalını Azərbaycanın üzünə açdı: "Artıq uzun illərdir ki, rəsmi Təl-Əviv Azərbaycanın müdafiə sənayesinin inkişafında, eləcə də digər müstəvilərdə ölkəmizlə

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti seçkilərinin ikinci turunda qalib gələn dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Paşinyan “Twitter” səhifəsində bunları  qeyd edib: “Prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbrsizliklə gözləyirəm”. Paşinyanın bu təbrikinin hansı pərdəarxası məqamları ola bilər? Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Paşinyanın Ərdoğanı təbrik etməsi ilə Baydenin və ya Makronun Ərdoğanı təbrik etməsi arasında elə də fərq görmür:  “Məsəl var,

28 May - Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Düz 105 il bundan əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlətin, Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyuldu və dünyanın siyasi nizamının yenidən şəkilləndiyi bir dövrdə Azərbaycanın istiqlaliyyəti elan olundu. Cumhuriyyətin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında qurulması xalqımızın o dövrdə milli azadlıq,