BAŞSAĞLIĞI
Qardaş Türkiyənin cənub-şərqində baş vermiş və ölkənin bir sıra yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər hər birimizi dərindən kədərləndirdi. Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından dərin hüznlə başsağlığı verir və səbr diləyir, xəsarət alanlara Uca Tanrıdan şəfa diləyirik!
Türk xalqının gücü və qətiyyəti ilə fəlakətin nəticələrinin tezliklə aradan qaldırılacağına inamımızı ifadə edirik.
Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır!
Tanrı Türkiyəmizi qorusun!
Arzuxan Əlizadə
Chairman of the National Independence Party of Azerbaijan