NIPA-30

Bu, Paşinyan və Rusiya tərəfindən planlaşdırılan birgə təxribatlardır – Politoloq

“Artıq işğalçı Ermənistanın nazı ilə oynamağın zamanı bitib. Çünki buna nə vaxtımız, nə də həvəsimiz var. Əgər hər gün erməni təxribatlarının, öz ərazilərimizdə mina qurbanlarının şahidi oluruqsa, yaralılarımız, şəhidlərimiz olursa, bu o deməkdir ki, danışıqlar prosesi fayda vermir”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Ermənistan ordusunun mayın 10-dan başlayaraq Azərbaycan ərazilərini minaatanlardan atəşə tutması və Brüssel danşıqlarından əvvəl gərginliyin yaradılmasının daha çox hansı qüvvələrə faydalı olması ilə bağlı şərhində bildirib.

Politoloq bildirib ki, mayın 10-dan bu gün səhər saatlarına qədər davam edən erməni təxribatları Ermənistanın sülh prosesində maraqlı olmadığını açıq göstərir.

R.Bayramov erməni hərbi təxribatlarının erməni baş naziri Paşinyanın Moskva səfərindən dərhal sonraya təsadüf etməsini həm mübahisəli və araşdırmaya ehtiyac duyan məqam olaraq önə çəkib. Onun fikrincə, bu fakt belə bir qənaətə gəlməyə əsas yaradır ki, erməni təxribatlarında “Rusiya barmağı”nın olma ehtimalı yüksəkdir. 

“Çünki son həftə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırlması istiqamətində aparılan danışıqlar  kifayət qədər aktiv fazaya keçmişdi.   Avropa İttifaqı rəsmisi Blinkenin vasitəçiliyi ilə bir neçə gün ərzində aparılan danışıqlar, mayın 14-də Brüsseldə, iyun ayının 1-də Kişniyovda keçirilməsi planlaşdırılan görüşlər bu ay ərzində hansısa nəticənin əldə olunacağı qənaətini yaradırdı. Məlumdur ki, xarici işlər naziri Ceyhun Bayramov son açıqlamasında bildirmişdi ki, kifayət qədər razılaşdırılmamış məsələlər olsa da, aparılan danışıqları ümumən irəliyə doğru atılan addım kimi  qiymətləndirmək olar. Bütün bunların fonunda faktiki olaraq Rusiya danışıqlar prosesindən kənarda saxlanılmışdı və nəticə etibarilə Rusiyanın yenidən proseslərə cəlb olunması üçün bu cür təxribatlara ehtiyacı ola bilərdi və buna da gedildi. Hesab edirəm ki, bu, Paşinyan və Rusiya tərəfindən planlaşdırılan birgə təxribatlardır”.

Politoloq eyni zamanda qeyd edib ki, bu təxribatların harda planlaşdırılmasından asılı olmayaraq onun əsas aparıcısı və icraçısı Ermənistan özüdür.

R.Bayramov hesab edir ki, sərhəddə baş verənlərin ciddi şəkildə beynəlcalq ictimaiyyətin diqqətinə çatdırılması və Ermənistana qarşı təzyiqin artırılmasına nail olmaq hazırki mərhələdə Azərbaycanın üzərinə düşür ən mühüm məsələdir.

“Çünki Ermənistanın 44 günlük Vətən müharibəsindən və sonrakı proseslərdən dərs çıxarmadığı gün kimi aydındır.

Məsələnin bu şəkildə davam etməsi artıq Azərbaycanın maraqlarına cavab vermir. Təkcə danışıqlar masası arxasında oturmaqla prosesdə bu və ya digər  irəliləyişə nail olmaq mümkün olmayacaq. Biz bunu 30 ilə yaxın aparıan danışıqlar prosesində, ondan sonrakı  mərhələlərdə və II Qarabağ savaşı bitəndən sonra da aparılan danışıqlarda da gördük. Ona görə də erməni təxribatlarına qarşı daha sərt cavablar verilməli və düşmənin mövqeləri birdəfəlik susdurulmalıdır. Həm Azərbaycan ərazilərində qalan erməni separatçılarının, həm də Ermənistan ərazsində əsas nöqtələrin hədəfə alınması həlledici olmalıdır”.

Politoloq bildirib ki, bu gün Ermənistan Avropa İttifaqı müşahidə missiyasının, ayrı-ayrı beynəlxalq təşkilatlara sığınaraq bu cür təxribatları törətməkdə maraqlı görünür. 

“Bununla da Azərbaycana başqa yol buraxmırlar. Artıq sülh istəməyən dövlətlə davamlı danışıqlar aparmağı bir kənara atmalıyıq.Azərbayacan  44  günlük savaşda BMT qətnamələrini təkbaşına icra etdiyi kimi, indi də üçtərəfli bəyanat əsasında razılaşdırılmış məsələlərin icraasını da təkbaşına həyata keçirməlidir. Bura Sərhədlərin delimitasiya, demorkasiyası, o cümlədən Zəngəzur dəhlizinin açılması da daxil olmalıdır”.

hafta.az