NIPA-30

Rusiya üçün Zəngəzur dəhlizinin açılması vacibdir  – Rəşad Bayramov

“Rusiyada keçirilən görüşdə ciddi qərarların verilməyəcəyi əvvəlcədən də proqnozlaşdırılırdı. Çünki Azərbaycan-Ermənistan rəsmilərinin Moskva görüşü ABŞ, Brüssel və iyunun 1-də Kişinyovda keçirilməsi planlaşdırılan görüşlərə Rusiya tərəfinin qısqanclığının göstəricisi idi. Rusiya tərəfi heç bir vəchlə proseslərdən kənarda qalmasını qəbul edə bilmir və bu baxımdan erməni baş nazrinin və Azərbaycan Prezidentinin Avrasiya İqtisadi Forumu çərçivəsində görüşünə razlıq aldı, görüş baş tutdu”. 

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Moskva görüşündə əldə olunan nəticələrə diqqət çəkərkən bildirib.

R.Bayaramov məlum görüşlər zamanı əsasən nəqliyyat və kommunikasiyalarla bağlı müzakirələrin aparılmasını təsadüfi saymayıb. Onun fikrincə, çünki Rusiya üçün Azərbaycan-Ermənistan arasında münasibətlərdə ən prioritet məsələ kommunikasiya əlaqələrinin blokadadan çıxarılmasıdır.

“Çünki bu, Rusiyanın maraqlarına cavab verir. Rusiya üçün Zəngəzur dəhlizinin açılması vacibdir. O, bu yolla birbaşa Ermənistan və İranla dəmir yolu əlaqəsi imkanlarına malik olacaq.  Ona görə danışıqlarda bütün gücünü məhz bu faktorun üzərinə yönəltdi. Dünənki üçtərəfli görüşdə də Rusiya prezidenti Putinin dediklərindən belə nəticə hasil oldu ki, danışıqlar aparılsa da, sonacan hər hansı bir razılaşma əldə olunmayıb. Çünki burada həllini tələb edən çoxlu məsələlər var ki, nə qədər texniki, Putinin dediyi kimi terminalogiyalarla bağlı olsa da, əslində özündə sonrakı addımları müəyyənləşdirir. Məsələn, Rusiya baş nazirinin müavini bu gün verdiyi açıqlamada bildirib ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərdə yoxlama proseduru və sair məsələrlə bağlıdır”. 

Politoloq hesab edir ki, bu məsələlər həqiqətən nə qədər xırda, texniki görünsə də sonrakı mərhələ üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məhz bu istiqamətdə hər hansı nəticə əldə edilmədiyinə görə 1 həftədən sonra baş nazirlərin müavinlərinin iştirakı ilə görüş keçirilməsi nəzərdə tutulur.

“Baş nazirlərin müavinlərin görüşünə qədər yenə də Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Kişinyovda görüşün keçirilməsini də nəzərə almaq lazımdır. Kişinyov görüşündə də sülh müqaviləsinin şərtləri ilə yanaşı, sərhədlərin demorkasiya və delimitasiyası, o cümlədədn də Zəngəzur dəhlizi ilə bağlı məsələlər bir daha müzakirə olunacaq”. 

R.Bayramov ümumən Moskva görüşünü Azərbaycan tərəfinin maraqlarının bir daha nəzərə çatdırılması, o cümlədən Ermənistan baş naziri Paşinyanın yalanların ifşa olunması və yalan məlumatlarının beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısının alınması  baxımından əhəmiyyətli hesab etmək olar.

hafta.az