Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
Azərbaycanın Milli İstiqlal Partiyası iyun ayının 20-də Gədəbəydə polislə yerli əhali arasında olan qarşıdurmadan narahatlıqlığını ifadə edərək, anoloji hadisələrin təkrarlanmaması üçün hökuməti məsuliyyətli addımlar atmağa çağırır. Gədəbəy rayonunun Söyüdlü kəndində sionid tərkibli süni gölün (vanna) inşa edilməsinə yerli sakinlərin etirazı zamanı polisin yaşlı qadına qarşı qəddar davranışı, hər bir vətəndaşımız kimi bizləri də hiddətləndirir. Bir daha bəyan edirik ki, vətəndaşlarımızın konstitusion hüqlarlından istifadə edərək etiraz etmək hüququ olduğu halda, dinc insanlara qarşı güc tətbiqi yolverilməzdir.
Azərbaycan Milli İstiqlal Partiyası məsələ ilə əlaqədar hökumətin yaratdığı komissiya üzvlərinin bu bölgədə yaşayan vətəndaşlarla qarşılıqlı dialoq aparılmaqla qısa müddət ərzində problemin aradan qaldırılması istiqamətində təcili tədbirlər görüləcəyinə inamını ifadə edir.