NIPA-30

Azərbaycan-Özbəkistan müsasibətlərinin inkişafı türk dünyasının da maraqlarına uyğundur – ŞƏRH

Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Bu da da təbiidir, çünki biz ortaq tarixi, dini və və mədəniyyəti bölüşməklə yanaşı eyni kökə malik xalqlarıq. Azərbaycan və Özbəkistan müstəqillik əldə etdikdən sonra münasibətlər bir qədər də inkişaf edib, 1995-ci ildə iki ölkə arasında rəsmi diplomatik əlaqələr qurulub və o zaman mərhum prezidentlər Heydər Əliyev və İslam Kərimov arasındaki dostluq münasibətləri iki dövlət və iki xalq arasındaki münasibətlərin bir qədər istiləşməsinə gətirib çıxarıb və bu bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev tərəfindən də uğurla davam etdirilir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib. 

Onun sözlərinə görə 2004-cü ildə Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın daha da möhkələndirilməsi haqqında Bəyənnamə imzalanıb ki, onunla da hər iki arasındakı münasibətlərin bir qədər də yüksək səviyyəyə qalxması təmin olunub. Onu da demək lazımdır ki, Özbəkistan, özbək xalqı Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olduğu dövrdə hər zaman Azərbaycanın yanında olub və Azərbaycanla bağlı məsələlərdə tərəfdaşı olaraq cıxış edib. 2022-ci ili Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında əhəmiyyətli il hesab edrəm ki, Azərbaycan Prezidenti 3 dəfə Özbəkistana səfərə gedib və bu səfərlər zamanı Mərkəzi Asiyanın aparıcı dövləti olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə inkişafı istiqamətində əsas konturlar müəyyənləşib. Hələ 2021-ci ilin noyabrında türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının səkkizinci zirvə toplantısında Özbəkistan Prezidenti Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində Özbəkistan dövləti hesabına məktəbin inşası ilə bağlı söz vermişdi və dünən Özbəkistan Prezidentinin Azərbaycana növbəti səfəri zamanı bu məsələ də gerçəkləşdirildi.

Arzuxan Əlizadə qeyd edib ki, bu səfər zamanı Azərbaycan və Özbəkistan arasında bir sıra məsələlərlə bağlı ikitərəfli sənədlər imzalanıb və iki dövlət arasında gələcək münasibətləri, inkişaf perspektivlərini özündə ehtiva edən sənədlər müvafiq nazirlər və dövlər qurumları tərəfindən imzalanaraq icraata götürülüb. Həmçinin bu səfər zamanı, avqustun 22-də Azərbaycan və Özbəkistan respublikalarının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə də imzalandı ki, bu da iki dövlət arasında münasibətlərin ən üst səviyyəyə çatmasının bilavasitə göstəricidir. Bu, bir daha onu təsdiq edir ki, iki qardaş ölkə arasında münasibətlər bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcək. Nəhayət, avqustun 23-də Özbəkistan Prezidenti Azərbaycan Prezidenti ilə birlikdə işğaldan azad olunmuş ərazilərə səfər etdi və səfər zamanı Füzulidə ilkin olaraq, Özbəkistan dövləti vəsaitilə inşa edilən 960 şagird yerlik məktəb binasının açılışı oldu və bu məktəbə Özbəkistanın görkəmli şəxsiyyəti Mirzə Uluqbəyin adı verildi, artıq sentyabr ayından həmin məktəbdə Füzuliyə geri qayıtmış soydaşlarımızın övladları təhsil almağa başlayacaqlar ki, bu da olduqca tarixi hadisədir. Eyni zamanda, Şövkət Mrziyoyev, xanımı Ziroatxon Mirziyoyeva və Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şuşa şəhərini də ziyarət etdilər. Bu, bir daha Özbəkistanın Azərbaycanın yanında olduğunun xüsusi göstəricidir və xüsusi anlama malik bir məsələdir ki, Özbəkistan prezinti işğaldan azad edilmiş Azərbaycan torpaqlarına gəlir, Azərbaycan xalqının sevincini bölüşür, Qarabağın 30 ilə yaxın işğal altında olmuş ərazilərinin inkişafı məsələrində Azərbaycanın yanında olduğunu bir daha bəyan edərək, Azərbaycana dost-qardaş dəstəyini bundan sonra da davam etdirəcəyini xüsusi olaraq vurğulayır.

Hesab edirəm ki, Azərbaycan-Özbəkistan müsasibətlərinin inkişafı bütövlükdə türk dünyasının maraqlarına uyğundur və gələcəkdə daha böyük perspektivlər vəd edir.

Yaqut Ağaşahqızı

ikisahil.az