NIPA-30
a

October 2024

Ermənistandan növbəti anti-Rusiya demarşı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya qarşı Qərb sanksiyalarını pisləyən bəyanatı imzalamayıb. Belə ki, Mirzoyan Rusiya və keçmiş sovet respublikaları xarici işlər nazirlərinin Qərbin Moskvaya qarşı birtərəfli sanksiyalarını pisləyən və çoxqütblü beynəlxalq təhlükəsizlik nizamına çağıran birgə bəyanatları imzalamaqdan imtina edib. Burada paradoksal məqam odur ki, ilin sonuna Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin 16 milyard dollar olacağı gözlənilir. Bunun nəyin hesabına olacağı bəllidir. Söhbət ondan gedir ki, Ermənistan qadağan olunan məhsulları təkrar Rusiyaya ixrac edir. O baxımdan bir belə ticarət dövriyyəsi

Millət vəkili Arzuxan Əlizadə Ermənistan ərazisində üzərində səlibçi xaçı olan dövlət bayrağı qaldırmasına  münasibət bildirib.  Deputat Sitat.info-ya açıqlamasında bildirib ki, bu İrəvanın səlibçi niyyətindən xəbər verir: "Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib.  Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlandığı dönəmdə qondarma yaratdıqları bir qurumun bayrağı, əski parçası  var idi.  Ermənistanın indiki bayrağının üzərinə əlavə elementlər çəkərək, onu  həmin qondarma qurumun bayrağına çevirmişdilər. Nəticə göz qabağındadır, artıq nə o bayraq

İranın 200-dən çox ballistik və qanadlı raketlə İsrailə cavab hücumunun əks-sədası davam edir. ABŞ prezidenti Bayden İrana cavab verməyə qərar verən İsrailin İrandakı neft yataqlarını vura biləcəyi iddiaları ilə bağlı yeni açıqlama verib. Bayden İrana necə cavab veriləcəyi ilə bağlı İsraillə daimi təmasda olduqlarını deyib. ABŞ prezidenti bildirib ki, İranın neft yataqlarına zərbə endirilməsinə alternativlər nəzərdən keçirilməlidir. “Mən İsrailin yerində olsaydım, İranın neft yataqlarını vurmazdım" - deyən Bayden qeyd edib ki, İsrail mümkün hücumla bağlı dərhal qərar verməyəcək. Bayden bundan əvvəl İsrailin İranın neft obyektlərinə

“Təəssüf ki, Azərbaycana qarşı hücumlar artan və azalan xətt üzrə davam etməklə hər zaman olub. Biz bir sıra Qərb dairələrinin, beynəlxalq təşkilatların Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə mütəmadi qarşılaşırıq. Xüsusilə, torpaqlarımızın işğal altında olduğu dövrdə bu münasibəti hiss etmişik. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı total hücumlar bir qədər də güclənib. Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbiri ərəfəsində müxtəlif dairələrdən, ABŞ də daxil olmaqla böhtan, şantaj, ləkələmə xarakterli hücumlara şahidlik edirik. Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları, xüsusilə Qərb mediası nümayəndələri bu prosesdə fəallıq göstərirlər”. Bu

Son dövrlər Ermənistanda belə fikirlərə tez-tez rast gəlinir ki, guya Azərbaycan COP29-dan sonra müharibəyə başlayacaq. Yəni Azərbaycan Ermənistana hücum edəcək. Erməni ekspertlər israrla bəyan edirlər ki, Azərbaycan Ermənistanın cənubuna hücum edərək Zəngəzur dəhlizinin keçən hissəsini ələ keçirəcək.  Onların fikrincə, Azərbaycanı bugünə qədər bunu etməkdən çəkindirən faktor COP29 tədbiridir. Tədbir ərəfəsində Azərbaycan hücum etsə, ciddi risqlərlə üzləşəcək. O üzdən, tədbir başa çatandan sonra guya Azərbaycan hücuma başlayacaq. Maraqlıdır, Ermənistan bu cür təbliğat tezisi ilə nəyə nail olmaq istəyir? Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini