Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və cari ildə keçirələk seçkilər, həmçinin Referendum keçirələcəyi ehtimalı nəzərə alınaraq AMİP Seçki Qərərgahının formalaşdırılması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə AMİP Ali Məclisinin iclasının çağırılması barədə qərar qəbul edilib. Siyasi Şura həmçinin, AMİP sədrinin Təşkilat məsələləri, Seçkilər və Bələdiyyələrlə iş, Beynəlxalq məsələlər və Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müavinlərinin cari ildə görüləcək işlərlə bağlı təqdim etdikləri fəaliyyət proqramlarını dinləyib və
Afsəddin Nəbiyev: “İmzalanmış bəndlərə görə Rusiya antiterror əməliyyatlarına maneçilik etmədi”
Fevralın 22-də Moskvada imzalanan “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin 2 ili tamam oldu. 43 bənddən ibarət olan Bəyannamə 2022-ci ildə dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında imzalanıb. Moskvada imzalanan sənədin 3 iyul 1997-ci il tarixli Müqaviləyə, “Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Prezidenti V.Putin və Azərbaycan Prezidenti İ.Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslandığı qeyd edilib. Bütün bu deyilənlərin fonunda, bu razılaşma ötən 2 il ərzində Azərbaycana nə
Putinlə imzalanmış müttəfiqlik sənədinin iki ili
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya liderlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ikinci ili tamam oldu. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var. Moskva bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürüblər. Bəyannamədə xüsusi olaraq vurğulanıb ki, hər iki ölkə müstəqil
Afsəddin Nəbiyev: “Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var”
Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iclasında etdiyi çıxış açıq şəkildə göstərir ki, Ermənistan kompromislərdə maraqlı deyil. Paşinyan utanmadan bəyan edib ki, guya Ermənistan Konstitusiyasında Azərbaycanla saziş imzalamağa mane olan heç bir maddə yoxdur. Guya Azərbaycan Ermənistanın 31 kəndini işğalda saxlayır: “Azərbaycan sərhədlərin sabitliyinin və təhlükəsizliyinin təmin olunmasında maraqlı deyil. Azərbaycan “Mənə istədiyimi danışıq yolu ilə ver, əks halda onu müharibə yolu ilə götürəcəm” siyasətini davam etdirir. Bundan başqa, Azərbaycan 4 kəndin ərazisindən danışır, eyni zamanda Ermənistanın 31 kəndinin həyati əhəmiyyət daşıyan ərazilərinin Azərbaycanın işğalı
Ermənistanın müharibə aparmaq gücü yoxdur – Rəşad Bayramov
Regionda yaradılan mövcud sabitlik məhz Avropa İttifaqı missiyasının müşahidəsi altında dəyişir. Sülh müqaviləsinin imzalanması üçün işğalçı Ermənistanı “qələm tutmağa” hazırlamaq əvəzinə, silahlandırması və müxtəlif qərəzli çıxışlarla qışqırtması böyük güclərin bölgəni yenidən müharibəyə sürükləmək cəhdlərini ortaya qoyur. Bu dəfə Qərb, Avropa Ermənistan maşasını açıq-aşkar közün içinə salıb qarışdırır. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən politoloq Rəşad Bayramov mühüm məqamlara diqqət çəkib. – Ermənistanın Azərbaycan sərhədində törətdiyi silahlı təxribat – sərhədçimizin snayperlə vurulması faktı hansı reallığı ortaya qoydu? – Ermənistanın son təxribatları bu ölkənin sülhə hazır olmadığını göstərir.
Paşinyan niyə tələsir? (ŞƏRH)
"Növbədənkənar parlament seçkiləri, həm də Konstitusiya dəyişikliyi asağı-yuxarı eyni məqsədə xidmət etdiyindən Nikol Paşinyan hər ikisini sülh müqaviləsi imzalanmasından öncə etməyi planlaşdırır". Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Elşən Mustafayev Ermənistanda Konstitusiya dəyişikliyilə bağlı referendumla yanaşı, növbədənkənar parlament seçkilərinin keçiriləcəyilə bağlı yayılan fikirləri şərh edərkən deyib. Elşən Mustafayev bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin 2024-cü ilin ortalarında keçirilə biləciyi ilə bağlı fikirlər hələ 2023-cü ilin sonlarından gündəmə atılmışdı: "Maraqlısı o idi ki, bu fikirlər hakim partiyaya yaxın dairələr və mətbuat tərəfindən dövriyəyə buraxılır. 2024-cü ilin əvvəllərində isə ilin ortasında