NIPA-30
a

September 2025

19 sentyabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının XIII Qurultay ərəfəsində Nizamnaməyə uyğun olaraq son iclası keçirilib. Toplantını AMİP Sədri, millət vəkili Arzuxan Əlizadə açaraq ölkəmizdə elan olunmuş “Suverenlik və Konsultasiya İli” çərçivəsində 2023-cü ilin həmin günlərində həyata keçirilən antiterror tədbirlərinin əhəmiyyətinə dair geniş məruzə ilə çıxış edib. O, bu tədbirlərin Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndiyini xüsusi vurğulayıb. İclasda XIII Qurultaya hazırlıq prosesi, keçirilmiş hesabat-seçki konfranslarının nəticələri, Siyasi Şura üzvlərinin təklifləri və digər cari məsələlər ətraflı müzakirə olunub. Cari məsələlərin müzakirəsi

Ermənistanın qadınlardan ibarət ordu yaratmaq planları ortaya çıxıb. Məlumata görə, hazırda ordu rəhbərliyi bu məqsədlə böyük vəsait sərf edir və potensial yatırmağa çalışır. Paralel olaraq, Qərb ölkələrinin də təcrübəsi öyrənilir. İrəvanın bu planı regionda hərbi balansı dəyişə bilərmi? Azərbaycanda da qadınların orduya cəlb edilməsinə ehtiyac varmı? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, faktiki olaraq hazırda Ermənistanın peşəkar və davamlı ordusu yoxdur: “İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət və ardınca 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycanın keçirdiyi antiterror əməliyyatları nəticəsində erməni hərbi bölmələrinin böyük qismi zərərsizləşdirilib, qalanları isə silahlarını qoyaraq geri çəkilib. Əgər yeni ordu

şğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 55329 nəfər təşkil edib. Artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb. Məhz hazırki situasiya siyasi partiyaların da öz təşkilatlarını Qarabağ və Şərqi Zəngəzurda qurması məsələsini gündəmə gətirir. Bir sıra partiyalar gələn il üçün işlər planında bunu prioritet kimi qeyd edib. Modern.az mövzuya dair partiyalar arasında sorğu keçirib: AMİP-in sədri, deputat Arzuxan Əlizadə Laçın, Füzuli və Zəngilan təşkilatlarının yenidənqurulması, bərpası istiqamətində fəaliyyətlərinin davam etdiyini qeyd edib: “Məlumat üçün bildirim ki, bizim əvvəllərdə bir sıra işğal olunmuş ərazilər üzrə rayon təşkilatlarımız fəaliyyət göstərib. Sonradan fəaliyyətini davam etdirənlər

Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritter “Hərtərəfli Təhlükəsizlik və Qarşıdurma - 2025” adlı beynəlxalq konfrans çərçivəsində çıxışında həddini və səlahiyyət çərçivəsini aşaraq Azərbaycanı dezinformasiya yaymaqda ittiham edib: “İndi insanlar bizim niyə burada olduğumuzu və nə edə biləcəyimizi artıq bilirlər. Biz KTMT-nin üzvü olaraq qalan, Rusiya qoşunlarının iştirak etdiyi və Azərbaycanla münaqişənin olduğu, Azərbaycanın isə bizimlə əməkdaşlıq etmək istəmədiyi ölkədə fəaliyyət göstərən Aİ-nin müşahidəçi missiyasıyıq. Bu, missiyamıza qarşı çoxsaylı dezinformasiya kampaniyaları üçün bəhanə olur. Bu, bizim missiyamıza qarşı çoxsaylı dezinformasiya kampaniyaları üçün bəhanə olur. Bu,

Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur. APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, yaz sessiyası dövründə "Xüsusi icra məmurları haqqında" qanun da qəbul edilib: “Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bu, birbaşa bizim komitəyə aid məsələdir və xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Çünki adam işə bərpa olunması üçün məhkəməyə müraciət edir, uğur qazanır, amma məhkəmə qərarı icra olunmayanda problemlə üzləşir”. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc

2023-cü ilin 19-20 senytabr tarixi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan günlərdəndir.  Belə ki, həmin günlərdə şanlı Azərbaycan Ordusu tərəfindən ərazilərimizdəki separatçılara qarşı antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə terrorçulardan təmizləndi. Həmin şəhərlərdə 30 ildən sonra yenidən Azərbaycan Bayrağı dalğalanmağa başladı. Beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.  Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Baş nazir Nikol Paşinyan münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh

Azərbaycanda nikah haqqında şədətnamənin müddətli olması təklif edilir. Bildirilir ki, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi kimi nikah haqqında şəhadətnamə də 10 illik verilsin, sənədin müddəti bitəndə uzatmaq üçün yenidən müraciət olunsun. Ölkəmizdə hazırda boşanmaların sayının artdığı əsas gətirilərək təklif edilir ki, hətta əmək müqaviləsi kimi beş ildən sonra nikah şəhadətnaməsi müddətsiz olsun. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə Pravda.az-a açıqlamasında deyib ki, bu, olduqca absurd təklifdir və heç bir halda qəbul edilməməlidir. “Sürücülük, şəxsiyyət vəsiqəsi ilə bağlı müddət tətbiq edilə bilər. Qanunvericilikdə də belə nəzərdə tutulub.

"Ermənistanla ikitərəfli əlaqələrin olması Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğur kimi dəyərləndirilməlidir". Bu sözləri Azərbaycanla Ermənistan arasındakı mövcud siyasi gedişatı şərh edən deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, artıq uzun müddətdir Azərbaycan və Ermənistan arasında ikitərəfli kommunikasiyalar mövcuddur. Bu kommunikasiyalar həm də ikitərəfli hökumət nümayəndə heyətlərinin formalaşması, demarkasiya və delimikasiya kommisiyalarının formalaşması qismində davam etməkdədir: "Kommisiyalara Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və eləcə də Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edir. Bu nümayəndə heyətlərinin bir neçə dəfə sərhəd bölgəsində görüşləri olub. Görüş çərçivəsində