Deputat: “Avropa İnsan Hüquqları Məhkəməsi ədalətdən və hüquq normalarından kənar fəaliyyət göstərir”
“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənmişdi. Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırması ilə bağlı o zaman bəyanat verdi. Bu kontekstdən yanaşanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) əslində Azərbaycandan nəsə tələb etmək haqqı da yoxdur. Eyni zamanda bu illər ərzində Azərbaycan torpaqları işğal altında olduğu dönəmdə və ondan bir qədər əvvəl istər Ermənistan ərazisindən, eləcə də Qarabağ və ətraf rayonlardan ümumilikdə 1 milyona yaxın qaçqın və köçkün oluduğu dönəmdə Avropa İnsan Haqları Məhkəməsi məsələlərə münasibət bildirib, ermənilərdən, separatçılardan və onların arxasında
Rəşad Bayramov: “Konstitusiya dəyişiklikləri olmadan da sülh sazişi imzalana bilər, amma…”
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması kontekstində ölkəmizdə Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib. Baş nazir iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur: “2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni araşdırarkən qeyd edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan sülh sazişini imzalayanda Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə göndərməlidir”. Burada Paşinyanın səsləndirdiyi fikirlərin arxasında dayanan odur ki, Ermənistan Konstitusiyanı dəyişmədən
AMİP XIII Qurultayı Qətnamə qəbul etdi
28 sentyabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) XIII Qurultayı keçirilib. Qurultayda partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən və ölkənin ictimai-siyasi həyatına dair mühüm mövqeləri əks etdirən Qətnamə qəbul olunub.Qətnamədə Azərbaycanın siyasi, sosial-iqtisadi və xarici siyasət sahələrində islahatların aparılmasının zəruriliyi xüsusi vurğulanıb.Siyasi idarəetmə sahəsində hakimiyyət qolları arasında bölgü və qarşılıqlı nəzarət mexanizmlərinin yaradılması, seçki sisteminin təkmilləşdirilməsi, qanunverici orqanda təmsilçiliyin genişləndirilməsi və müstəqil məhkəmə hakimiyyətinin gücləndirilməsi əsas istiqamətlər kimi göstərilib.Yerli özünüidarəetmə ilə bağlı bələdiyyələrin mərkəzi hakimiyyətdən asılılığının aradan qaldırılması və onların səlahiyyətlərinin genişləndirilməsi
4 günlük iş həftəsi: istəklər və gerçəklər
Artıq dünyanın bir neçə ölkəsi 4 günlük iş həftəsini test mərhələsinə çıxarıb. Böyük Britaniyada aparılan pilot layihələr göstərib ki, işçilər həm məhsuldarlıq baxımından geri qalmayıb, həm də işə daha həvəslə qayıdıblar. Yaponiyada bəzi şirkətlər bu sistemi tətbiq edərək əməkdaşlarının stres səviyyəsinin azaldığını, ailəyə və şəxsi inkişaflarına daha çox zaman ayırdıqlarını müşahidə ediblər. Ölkəmizdə isə bu cəhətdən şərtlər bir az fərqlidir. Bizdə nəinki 5, hətta bir sıra müəssisələrdə 6 günlük iş həftəsi mövcuddur. Lakin 4 günlük iş həftəsinin təhsil sahəsində ilk nümunəsi artıq Bakı Dövlət Universitetində
AMİP gənc üzvlərinə üzvlük vəsiqələri təqdim olundu – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) XIII Qurultayı çərçivəsində partiyanın sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib. Qurultayda bir qrup gənc – Qarayev Abbas, Səmədova Alina, Müslümova Kəmalə, Abbaslı Nəzrin, Abbaslı İsa, İlyasova Gülər, İlyasova Gülşən, Hüseynli Teyyub, Hüseynov Əfqan və Vəliyev Əkbərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.Tədbirdə çıxış edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə yeni üzvləri təbrik edərək onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycan Milli İstiqlal Partiyası daim gənclərə xüsusi önəm verir və onların milli dövlətçilik ideyalarına bağlı, prinsipial
Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirildi – FOTOLAR
28 sentyabr tarixində Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilmişdir. “Qafqaz” Biznes Mərkəzinin Konfrans zalında 61 rayon (şəhər) təşkilatından seçilmiş nümayəndələrin iştirakı ilə baş tutan Qurultay dövlət himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə öz işinə başlamışdır. AMİP sədri tərəfindən açıq elan olunan Qurultayda Rəşad Bayramov Qurultayın sədri, Elşən Müstafayev sədr müavini, Məmmədəli Səfərov və Nuranə Səlimova katib seçilmişlər. AMİP-in Qurucu lideri Etibar Məmmədovun Qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənilmiş, daha sonra müvafiq hesabat çıxışları olmuşdur. AMİP
Son iki yüz ildə ilk dəfə olaraq biz torpaq itirmədik, əksinə, torpaqlarımızı geri aldıq – Deputat
Azərbaycan tarixində elə günlər var ki, həm kədər, həm də qürur doludur. 27 sentyabr da məhz belə günlərdən biridir. Bu gün biz bir tərəfdən İkinci Qarabağ Savaşında şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızı ehtiramla yad edirik, digər tərəfdən isə Vətənimizin azadlığı, bütövlüyü və şərəfi uğrunda başladığımız böyük mübarizənin, Zəfər yolunun başlanğıcını xatırlayırıq. 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı tarixinin sınaq anında bir yumruq kimi birləşdi, dövlətinin, ordusunun və Ali Baş Komandanının ətrafında sıx birləşərək haqq savaşına qalxdı. 44 gün davam edən bu savaş təkcə torpaqlarımızın azad