Afsəddin Nəbiyev: “Erməni lobbisindən bəslənən bütün konqresmenləri bu cür biabırçı sonluq gözləyir”
ABŞ-ın Federal Təhlükəsizlik Bürosu erməni lobbisinin kongresdəki “hücümçu”su kongresmen Adam Şiffin haqqında araşdırma aparır. FTB Şiff haqqında araşdırma 46 epizod üzrə üzrə gedir: - korrupsiya , dövlət resursların israfı/talan, - dövlət resursların şəxsi məqsədlər üçün istifadəsi, - uydurma keyslər üzrə yerli və federal postlara kompitentsiz şəxslərin yerləşdirilməsi məqsədi ilə saxta rekomendasiyalar, - dövlət rəsmilərinin gözdən salınması, - dövlət institutlarının inamın sarsıdılması, - son iki bənd nəticəsində dövlət mülkiyyətinə ziyan vurulması üzrə. Şiffin ancaq dövlət rəsmilərinin gözdən salınması və dövlət institutlarına inamın sarsıdılması işi üzrə ABŞ dövlətinə vurduğu ziyanın həcmi 32
Azərbaycanda kəndlər birləşdirilir? – AÇIQLAMA
"Ucqar bölgələrdəki kəndlərin birləşdirilməsi təklifi dəyərləndirilə bilər". Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, bu barədə yalnız ciddi araşdırma aparıldıqdan, mütəxəssislər rəy verdikdən sonra qərar verilə bilər: "Məlumdur ki, ölkədə bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin formalaşması prosesi baş verdi. İlk yaradılarkən 2700 bələdiyyə mövcud idisə, son seçkilər dövründə 1607 bələdiyyə fəaliyyət göstərirdi. Bələdiyyələrin birləşdirilməsindən sonra isə 685 bələdiyyə mövcuddur. 29 yanvarda seçki məhz 685 bələdiyyə üzrə baş tutdu. Bu, idarəetmə aparatının mütəhərrik olması baxımından atılmış addımdır. Bu konteksdən
Deputat: “Dövlət təhlükəsizliyinə zidd olmayan heç bir mətbuat orqanının fəaliyyətinə son qoyulmur”
"Bir sıra xarici media resurslarının ölkə daxilində fəaliyyətinin qadağan edilməsi doğru qərardır. Çünki kənardan Azərbaycana düşmən qüvvələr tərəfindən maliyyələşdirilən və Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən media qurumları ölkə daxilində olmamalıdır". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. "Bu, bütün dünya tərəfindən qəbul edilmiş məsələdir. Bəzi hallarda bunu söz azadlığının pozulması kimi qələmə verməyə çalışırlar. Dövlət maraqları, milli təhlükəsizlik məsələləri heç bir halda dövlət ərazisində həmin dövlətin maraqları xaricində fəaliyyət göstərə bilməz. Bütün dünyada qəbul edilən bu məsələdə heç bir kriminal yoxdur. Media orqanları qərəzsiz, tərəfsiz olmalıdır.
Rusiyadan TƏHDİDLƏR gözlənilirmi? Azərbaycan regionun lideridir – Arzuxan Əlizadədən DƏRİN TƏHLİL – VİDEO
AMİP sədri Arzuxan Əlizadə TV Müsavat-ın canlı efirinin qonağı olub. AMİP sədri Arzuxan Əlizadə, TV Müsavat-ın canlı efirində ölkə gündəminə dair mühüm məsələləri müzakirə edib. Verilişdə o, Rusiyadan gələn təhdidlərə dair suallara cavab verib və Azərbaycanın regional liderliyi mövzusunda dərin təhlillər aparıb. Arzuxan Əlizadə, Azərbaycanın mövqeyini gücləndirən amillərdən bəhs edib və bölgədəki inkişaf proseslərinə dair fikir mübadiləsi aparıb. Ətraflı məlumat və təhlil üçün videonu izləyə bilərsiniz. https://www.youtube.com/embed/yC1Z9eKz_ug
Azərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR –AÇIQLAMA
"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır. İdarəetmədə tam yeni üsullara və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var. Amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır”.Bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox müsbət təsirləri olacaq: "Ən əsası, kəndlərdə
Rəşad Bayramov: “Məgər Ermənistan bu beynəlxalq müqaviləyə qoşulsa nəsə dəyişəcək?”
Ermənistan Beynəlxalq Silah Ticarəti Müqaviləsinə qoşulmağı düşünür. Bunu Cenevrədə tərksilah üzrə konfrans zamanı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib. Ermənistan XİN rəhbəri qeyd edib ki, effektiv fəaliyyət göstərən silahlara nəzarət rejimi beynəlxalq, regional və subregional səviyyədə hərbi-siyasi sabitliyin təmin edilməsi baxımından zəruridir. Onun sözlərinə görə, İrəvan davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün mühüm ilkin şərt kimi silahlara nəzarət sazişlərinin ciddi şəkildə yerinə yetirilməsinə tərəfdardır: “Bu kontekstdə biz Beynəlxalq Silah Ticarəti Müqaviləsinə qoşulmaq imkanını da nəzərdən keçiririk”. Görünən odur ki, əslində Ermənistan Beynəlxalq Silah
Azərbaycan siyasətində yeni münasibətlər sistemi: iqtidarla müxalifət 4 saat nələrdən danışdı?
Fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda Dəyirmi Masa təşkil edilib. “Hilton” otelində təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak edib. Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş