NIPA-30
a

February 2025

Fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda Dəyirmi Masa təşkil edilib.  “Hilton” otelində təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak edib. Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş

Azərbaycan Milli İstiqlal Partiyası Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir; 26 fevral 2025-ci il tarixində, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli soyqırımından 33 il ötür. Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl 7000-dən çox əhalinin yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqırımına məruz qalması olmuşdur. Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi

26 fevralda Xocalı soyqırımının 33-cü ildönümü tamamlanır. 33 il əvvəl baş verənlər nəinki Azərbaycan xalqının, bütövlükdə insanlığa qarşı törədilən soyqırım aktı idi. Azərbaycan hər zaman bütün yüksək tribunalarda "Xocalıya ədalət" çağırışı etdi, təəssüf ki, dünya bu çağırışları eşitmədi, günahkarların cəzalandırılması üçün səy göstəmədi. Amma Azərbaycan Ordusu Xocalının qisasını aldı. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Avropada ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sərtləşən mövqeyi və üç ildir davam edən münaqişə ilə bağlı Moskva ilə təmas yaratmaq cəhdləri ilə əlaqədar narahatlıqlar fonunda bu həftə Vaşinqtona səfər edəcək. Belə ki, Makron və Starmer Trampı Rusiya ilə ikitərəfli danışıqlardan dönməyə inandırmağa qərar veriblər. Məlumata görə, iki ölkənin liderləri ABŞ lideri ilə görüşdə Ukrayna ilə bağlı vahid mövqedən çıxış etmək barədə razılaşıblar. Rusiya ilə danışıqlardan imtina qarşılığında Makron və Starmerin Trampa Ukraynanın gələcək

ABŞ-nin 47-ci prezidenti Donald Tramp seçkilərdən sonrakı addımları və açıqlamaları ilə dünya siyasətçilərini və siyasi ekspertləri təəccübləndirməyə davam edir. Tramp adminsitrasiyası Rusiya ilə dialoqa girir, Ukrayna prezidenti Zelenskini ittiham edir və Avropa İttifaqına ciddi mesajlar verir. Maraqlıdır, Azərbaycandakı siyasi partiyalar Donald Trampın fəaliyyətini necə dəyərləndirirlər? Modern.az siyasi partiyalar arasında sorğu keçirib. AMİP sədri, deputat Arzuxan Əlizadə Trampın mesajlarında fərqli nüanslardan bəhs edib:“Donald Trampın seçkilərdən əvvəl verdiyi bir sıra vədlər birmənalı qarşılanmışdısa, yanvarın 20-də keçirilən inauqurqsiya mərasimindən sonra imza atdığı qərarlar, sərəncamlar birmənalı qarşılanmayıb. Məsələn, USIAD-in və bir sıra digər təşkilatların

Müasir dövlət quruculuğu və xalqın rifahı Azərbaycanda suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi üçün zəmindir. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu prinsiplərin tarixi əhəmiyyətini, eləcə də gələcəyə yönəlik strateji mahiyyətini  ön plana çıxarır. Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, İnsan hüquqlarının qorunması ideyası İkinci Dünya müharibəsindən sonra beynəlxalq müstəviyə çıxıb, ilk dəfə BMT Nizamnaməsində təsbit olunub: “1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası insan hüquqları haqqında bəyannamə qəbul etdi. Sonra insan hüquq və azadlıqları

Birləşmiş Ştatlar ilk dəfə olaraq Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməyib. Belə ki, sənədin müəllifləri arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa və Baltikyanı ölkələri yer alır, lakin ABŞ bu siyahıya daxil edilməyib. Fevralın 24-nə hazırlanan qətnamə layihəsində Rusiyanın Ukrayna ərazisindən dərhal, tam və qeyd-şərtsiz qoşunlarını çıxarması tələb olunur. Bununla, faktiki olaraq, Avropa ölkələri ABŞ-ı BMT-də təkləyirlər. Yəni Birləşmiş Ştatlarsız Rusiyaya qarşı qətnamə layihəsi ilə çıxış edirlər. Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in

Səhiyyə Nazirliyinin plastik cərrahlar və stomotoloji klinikalarla bağlı yoxlamalara başlaması qərarını vacib hətta bir qədər gecikmiş qərar kimi qəbul edirəm. Azərbaycan mövcud qanunvericiliyinə uyğun olaraq həkim kimi ixtisaslaşmaq üçün ali tibb təhsilindən sonra müvafiq ixtisaslarda ixtisaslaşmaq üçün rezidentura təhsili almaq lazım olur. Bizim ali təhsil alan tələbələrimiz ölkə daxilində və ya xaricində rezidentura təhsili alır, təcrübə toplayırlar. Yalnız bundan sonra tam ali təhsilli həkim olaraq dövlət səhiyyə ocaqlarında və özəl klinikalarda işləmək hüququ qazanırlar. Bütün bunlar qanuna uyğun nəzərdə tutulmuş mərhələlərdir". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan

Avropa İttifaqının Mülki Missiyanın rəhbəri Markus Ritter onlarla bağlı səsləndirilən kəşfiyyat fəaliyyəti ittihamına belə cavab verib: "Biz burada olduğumuz ilk gündən indiyə qədər eyni şeyi edirik və heç vaxt fəaliyyətimizi dəyişməmişik. Biz sərhəd və Nəzarət Xətti boyunca açıq şəkildə patrul xidməti həyata keçiririk. Sərhəddə haradasa görünsək də, hər zaman belə bir mövqedə qalırıq ki, hər iki tərəf də bizim orada olduğumuzu görə bilsin". M.Ritter qeyd edib ki, Brüssel onlardan yalnız Ermənistanı deyil, həm də Azərbaycanı müşahidə etməyi tələb edir. "Biz yalnız Ermənistan tərəfində nələr baş verdiyini