Üç uşağı olan ailələrin NƏZƏRİNƏ: “Bu qərar əlavə maliyyə yüküdür…”
Mövcud qanunvericiliyə uyğun olaraq beş uşaqlı ailələr çoxuşaqlı ailələr kateqoriyasına daxil edilib. Bir müddətdir ki, üç uşaqlı ailələrin çoxuşaqlı ailə kimi qəbul edilməsi ictimai müzakirələrə cəlb edilib. Bu məsələ sosial sifariş kimi qəbul edilə bilər”. Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, təəssüf ki, son dövrlər ailələrdə bir ən yaxşı halda iki uşağın olmasına üstünlük verilir: “Buna bir çox amillər səbəb olur. Bu səbəbdən üç uşaqlı ailələrin çoxuşaqlı ailə hesab edilməsi gündəmə gəlir. Məsələ ciddi qərar tələb edir. Bunun üçün bir çox araşdırmaların aparılmasına
Arzuxan Əlizadə: “TDT-nin dünyada üçüncü qütp yaratmasına ciddi ehtiyac var”
Bu gün türk dünyasının bütövləşməyə doğru getməsi bütün dünya güclərini ciddi narahat etməkdədir. Ona görə də bu birliyin zəiflədilməsi üçün cəhdlərin olması gözləniləndir. Lakin öz gücünə və gələcəyinə inanan türklər bütün bu maneələri əzimlə aşacaq və dünyada layiq olduğu məqama yiyələnəcək. Bununla belə, Mərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik münasibətlər qurmağa davam edirlər. Belə ki, Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. Orban isə Ərdoğanın düşməni Netanyahuya qucaq açdı. Türk Dövlətləri Təşkilatının (TDT) Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və onun prezidentinə isti münasibət
ABŞ-da gərginlik PİK HƏDDƏ – Xalq və milyarderlər Trampa BAŞ QALDIRDI
Keçən həftə sonu ABŞ-ın bütün böyük şəhərlərini etiraz dalğası bürüdü. Ölkənin 50-ə yaxın ştatında Prezident Trampın yürütdüyü siyasətə etiraz olaraq mitinqlər təşkil olundu. Hansı ki, bu aksiyalarda təxminən 1 milyona yaxın insan iştirak edib. Etirazçıların Trampın yürütdüyü miqrasiya və gömrük rüsumu siyasətinə qarşı çıxaraq, onun bu addımının Amerikanın beynəlxalq nüfuzunun sarsılmasına yönəldiyini bəyan ediblər. Bu azmış kimi, Trampın addımları bəzi milyarderləri də çətin duruma salıb. Onlar yürüdülən siyasətin qurbanı olaraq böyük ziyana məruz qalıblar. Belə bir vəziyyətdə Amerikada Trampdan narazılıq artmağa başlayır. Onun nəticəsidir ki, son rəy sorğularına görə
Beynəlxaq Demokrat ittifaqı sədri Etibar Məmmədovu təbrik edib
Məlumat verildiyi kimi, bu il aprel ayının 2 də Azərbaycan Milli İstiqlal partiyasının qurucusu, ilk sədri, Fəxri Lideri Etibar Məmmədovun 70 yaşı tamam oldu. Bu məqsədlə aprel ayının 1-də siyasətçilərin, ictimai siyasi xadimlərin, media rəhbərlərinin, jurnalistlərin iştirakı ilə geniş tədbir keçirilmiş, onun haqqında yazılan iki cidlik siyasi bioqrafik kitabın təqdimatı keçirdilmişdir. AMİP dünyada 80-dən artıq sağ mərkəz partiyalarını ətrafında birləşdirən Beynəlxalq Demokrat İttifaqının (IDU) üzvüdür və Etibar Məmmədov 17 il müddətində bu təşkilatın sədr müavini olmuşdur. AMİP-ə Etibar Məmmədov adına həm IDU çərçicəsində ikitərəfli
Afsəddin Nəbiyev: “Qərb dairələri bu məsələdə əksər hallarda dürüst davranış göstərmirlər”
Prezident İlham Əliyev mətbuata bəyanatında ona verilən sualı cavablandırarkən Qərb dairələrinin Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmağının əsassız olduğunu konkret arqumentlərlə əsaslandırıb: “Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni həddindən çox yükləmək də istəməmişdi, ona görə o, çox yığcam müqavilədir, əsas prinsipləri əhatə edir. Yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər nazirliklərinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoş niyyət göstərib. Əks təqdirdə, bu sənəd ərsəyə gəlməzdi.
Deputat: “Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda mühacir həyatı yaşayan bəzi şəxslər ölkəyə gətirilə bilər”
“Mühacirlərin ölkəyə qaytarılması barədə Azərbaycan tərəfinin hüquqi müstəvidə tələbləri olacaqsa, təbii ki, Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda məsələ Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnə bilər. Bu, istisna edilmir. Xüsusilə, Azərbaycanın son dövrlər artan nüfuzu, gücü deməyə əsas verir ki, Azərbaycan dövləti bütün proseslərdə haqlı mövqedən çıxış etməklə öz haqqını, hüququnu ən yüksək səviyyədə qorumağa, təmin etməyə qadirdir. Biz artıq belə bir dövlətə çevrilmişik. Almaniya Prezidentinin Azərbaycana səfəri ərəfəsində baş verən xoşagəlməz hadisə buna bariz nümunədir. Almaniya Prezidenti Azərbaycandan əvvəl Ermənistana səfər etmişdi. Bir