Arzuxan Əlizadə: “Azərbaycanın dirəniş göstərməsi nəticəsində Rusiya Azərbaycanın tələblərini qəbul etdi”
“Düşənbədə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin öz çıxışı ilə Azərbaycanın bütün haqlı şərtlərini qismən reallaşdırmış oldu. Tam reallaşma o zaman baş verəcək ki, cinayətkarlar, təyyarə qəzasının törədilməsində günahı olanlar cəzalandırılacaqlar, həlak olanların ailələrinə, zərərçəkmişlərə, eləcə də AZAL-a kompensasiya ödəniləcək. Artıq Putin bu mövqeyi sərgiləyibsə, nəticə gözlələniləndir və baş verəcək. Bundan sonra Azərbaycana qarşı münasibətdə əvvəlki qeyri-konstruktivlik nümayiş etdirilməyəcək. Nəhayət, Azərbaycan-Rusiya münasibətlərinin normallaşması baş verəcək. Təbii ki, biz əvvəldən deyirdik, münasibətlərin normallaşmasında maraqlıyıq. Sadəcə, qarşı tərəf adekvat münasibət sərgiləməlidir. Düşənbədə Putinin çıxışından sonra bu
Ermənipərəst qüvvələr gərginliyin artmasında maraqlı idi — Deputat
“Ötən il Azərbaycana məxsus təyyarənin Rusiya ərazisində vurulmasından sonra iki ölkə arasında gərginlik pik həddə çatmışdı. Azərbaycanın beynəlxalq hüquqa söykənən bir sıra tələbləri var idi ki, onlar yerinə yetirilməli idi. Təssüflər olsun ki, qarşı tərəf qeyri-konstruktivlik nümayiş etdirirdi”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, münasibətlərin gərginləşməsində maraqlı olan tərəflər də var idi: “Xüsusən Rusiya ictimai fikrində ermənipərəst qüvvələr var ki, onlar bu məsələlərdə daha çox maraqlı idilər. Onlar münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq açıqlamaları ilə aranı qızışdırırdılar. Amma dünənki Əlivev-Putin görüşündə
Arzuxan Əlizadə: “Azərbaycan münasibətlərin normallaşmasında maraqlıdır, lakin qarşı tərəf də adekvat addımlar atmalıdır”
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutacaq. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə görüşlə bağlı Yenifikir.media-ya açıqlama verib. Deputat bildirib ki, bu gün Tacikistanda MDB dövlət başçılarının toplantısı keçiriləcək və Azərbaycan Prezidenti cənab İlham Əliyev də tədbirdə iştirak edəcək. Onun sözlərinə görə, toplantı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşün baş tutacağı gözlənilir və bu, xüsusilə diqqət çəkir. Arzuxan Əlizadə qeyd edib ki, hazırda Azərbaycan–Rusiya münasibətləri ən
Vaşinqton Bəyannaməsi Cənubi Qafqazda yeni sabitlik mərhələsinin başlanğıcıdır – Deputat
Avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində atılmış ən mühüm addımlardan biri kimi qiymətləndirilir. Bu razılaşma yalnız region dövlətləri üçün deyil, həm də sərhədlərimizdən uzaqda yerləşən bir çox ölkələr üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın bölgədə sülhün əsas təminatçısına çevrilməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məhz bu kontekstdə Qırğızıstan Prezidenti Sadır Japarov da TDT sammitində qeyd edib ki, Vaşinqton Bəyannaməsinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi baxımından xüsusi önəm kəsb edir. Onun sözlərinə görə,
Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayı artmaqda davam edir – Arzuxan Əlizadə
Cənubi Qafqaz regionu geosiyasi, geoiqtisadi müstəvidə dünya güclərinin diqqətindədir. Bölgədə sülhün bərqərar olmasından əlavə, gərginlik yaşayan müəyyən qruplar yenə də erməni maşasından istifadə edib çaxnaşma salmağa, sülh prosesinin qarşısını almağa çalışırlar. Şərq və Qərbin ən böyük iqtisadi gücləri olan dövlətlər sülhü zəruri edən layihələrə start verib, təhlükəsizliyin təmin olunması üçün addımlar atırlar. Bu mənada, Orta dəhlizdən keçən Zəngəzur dəhlizinə qarşı nə qədər mənfi çıxışlar olsa da, yol xəritəsi çəkilib və əsas hədəfə doğru hərəkət var. Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir. - Azərbaycan Prezidenti İlham Əliyev
Plansız tikili problemi artır: Bakıda maşın saxlamaq üçün yer qalmayıb
"İllərlə həllini tapmayan bu məsələ artıq Bakı sakinlərini ciddi şəkildə narahat edən əsas problemlərdən birinə çevrilib. Parklanma probleminin kökündə şəhərin planlaşdırılmadan, düşünülmədən tikilməsi dayanır. Uzun müddət ərzində tikintilər sistemsiz şəkildə aparılıb, bir çox hallarda şəhərsalma normaları nəzərə alınmayıb. Binalar parklanma yerləri və uyğun infrastruktur nəzərə alınmadan tikildiyi üçün bu gün paytaxtda vəziyyət xeyli gərgindir". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, hazırda problemi tam şəkildə aradan qaldırmaq çətin görünür: "Çünki hündürmərtəbəli binalar bir-birinə çox yaxın məsafədə tikilib, bəzi yerlərdə isə yolların genişləndirilməsi artıq mümkün
Rəşad Bayramov: “Ölkə başçısı bu telefon zəngi ilə Azərbaycanın mövqeyini ortaya qoydu”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Dövlət başçısı zəng zamanı Kreml rəhbərini doğum günü münasibətilə təbrik edib, həmçinin iki ölkə arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Cənubi Qafqazda baş verən son hadisələr, regionda dəyişən güc balansı və Qərb–Rusiya münasibətlərindəki gərginlik fonunda Bakı ilə Moskva arasında istənilən yüksək səviyyəli təmas diqqət mərkəzində olur. Ən azından ona görə ki, məlum olduğu kimi, ötən ilin dekabrında Rusiya səmasında mülki təyyarəmizin vurulmasından sonra iki ölkə münasibətlərində gərginlik, soyuqluq yaşanmaqdadır.
Azərbaycan TDT-nin güclənməsində maraqlıdır – Deputat
“Türk Dövlətləri Təşkilatının əsas ideya müəllifi və əsas aparıcı güclərindən biri qardaş Türkiyə ilə yanaşı Azərbaycandır. Azərbaycan türk dövlətlərinin bir təşkilat halında təmərküzləşməsi, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və bu təşkilatın çoxqütblü dünyada əsas qütblərdən birinə çevrilməsində maraqlıdır”. Bunu Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Azərbaycanın hədəfi TDT-nin həm hərbi, siyasi, iqtisadi cəhətdən daha güclü olmasıdır, bu istiqamətdə Azərbaycanın səyləri danılmazdır:“Bu təşkilatın logistik imkanları çox genişdir, təşkilata üzv olan ölkələrin həm yeraltı, həm yerüstü sərvətləri var. Həmçinin bu ölkələr elə bir coğrafiyada yerləşir ki,
Xüsusi hesabatda böyük sirlər yer alıb
Ermənistan parlament sədrinin mətbuat katibi Movses Arutyunyan bildirib ki, 44 günlük müharibənin səbəb və nəticələrini araşdıran komissiyanın hesabatı məxfiləşdirilib. O bildirib ki, indi yalnız məxfi məlumatlara çıxış icazəsi olan parlament üzvləri tanış ola biləcəklər. Komissiya 2022-ci ilin fevralında hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə yaradılıb. İşi çərçivəsində 2020-ci il müharibəsindən əvvəl və müharibə zamanı ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri toplantılarına dəvət edib. Xüsusilə də baş nazir Nikol Paşinyan və keçmiş müdafiə naziri David Tonoyan dinlənilib. 2024-cü ilin noyabrında komissiyanın rəhbəri Andranik Köçəryan
Əli Orucov: “Bizim hansı seçim edəcəyimizin Vodolatskiyə nə dəxli var?”
“Hazırda Azərbaycan, Ermənistan və Gürcüstan Avropa İttifaqının (Aİ) diqqət mərkəzindədir”. Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib. Rus deputat Avropanın postsovet ölkələrində mənəvi dəyərləri məhv etməyə çalışdığını söyləyib və Cənubi Qafqaz ölkələrinin Avropa ilə yaxınlaşmasını tənqid edib: “Ermənistan və Azərbaycan bir zamanlar Ukraynanın etdiyi hərəkətləri təkrarlayırlar, onlar elə eyni nəticəyə məruz qalacaqlar. Ukrayna hadisələri region ölkələri üçün nümunə olmalıdır”. Bir vaxtlar Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini postunu tutan deputat Konstantin