“Bu gün AXC-nin varisi olaraq mövcuduq və regionda söz sahibiyik” -Deputat
"Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 107 il bundan əvvəl, mayın 28-də Azərbaycan Cümhuriyyəti quruldu. Qısa müddət ərzində çox ciddi işlər görüldü, Azərbaycanın diplomatik münasibətləri formalaşmağa başladı, beynəlxalq təşkilatlarda Azərbaycanın varlığı tanınmağa başladı. Amma təəssüf ki, 23 aydan sonra bolşeviklər tərəfindən dövlət süquta uğradıldı, 11-ci Qızıl Ordu Azərbaycanı işğal etdi və bu, 70 il davam etdi". Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, atalarımızın dövlətçilik ideyalarını yaşatması ilə biz nəhayət 1991-ci ildə müstəqilliyimizi bərpa edə bildik: "Biz həmin
Rəşad Bayramov: “Ukrayna məsələsində Moskvanın Bakıya irad bildirməyə, hansısa addım atmağa haqqı yoxdur”
Məlum olduğu kimi, Azərbaycan-Ukrayna münasibətləri yeni mərhələyə keçir. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda səfərdə olub. Həmçinin Laçın və İrpen şəhərləri qardaşlaşır. Bütün bunların fonunda Azərbaycan Ukraynaya humanitar yardım dəstəyini artırır. Hətta yardımı artıracağını bəyan edib. Bununla yanaşı, 10-11 iyul tarixlərində İtaliyanın paytaxtı Romada Ukraynanın Bərpası Konfransı keçiriləcək və Azərbaycan bu tədbirə qatılacağını bəyan edib. Maraqlıdır, bütün bu qeyd edilənlərə Rusiyanın reaksiyası necə olacaq? Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərində özünü necə göstərəcək? Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir
“İmamoğlu fırtınası” birdəfəlik yatdı
Ötən həftə Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən keçmiş bələdiyyə sədri Ekrem İmamoğlunun yüksəkrütbəli köməkçiləri də daxil olmaqla, İstanbul bələdiyyəsinin 49 əməkdaşı həbs edilib.Bu həbslərə Türkiyə cəmiyyətinin, hətta CHP-çilərin passiv reaksiyası müşahidə olundu. Artıq belə görünür ki, İmamoğlu məsələsi onun həbsindən keçən iki aydan çox müddətdə yavaş-yavaş aktuallığını itirir və adi bir prosesə çevrilir. Halbuki martın 19-da İmamoğlu həbs edildikdən sonra yüz minlərlə insan meydanlara toplaşırdı. Təkcə İstanbulda deyil, digər iri şəhərlərdə də mitinqlər keçirilirdi. Elə bir fikir formalaşdırılırdı ki, İmamoğlu həbsi ilə ölkədə hakimiyyətin dəyişməsinə nail
Separatçıların odla oyunu: Bakının səbri bitir – son damla!
Rusiyanın “xeyir-duası” ilə İrəvanda “artsax” tör-töküntüləri özünə “prezident” seçir; Moskvanın çirkin planında Paşinyan iqtidarının da “əli” varmı? Kapitulyant Ermənistanda separatçıların Azərbaycan əleyhinə təxribatları artmaqdadır. Belə görünür ki, həm də Nikol Paşinyan hakimiyyətinin “yüngül əli” ilə və loyallığı fonunda. “Böyük ehtimalla, "artsax respublikası"nın yeni prezidenti mayın 26-da bəlli olacaq. “Konstitusiya”ya əsasən namizədlər 7 gün ərzində irəli sürülməli, “prezident” isə 10 gün ərzində, yəni mayın 31-dək seçilməlidir". Belə bir sərsəmləməni mifik “artsax parlamenti”nin mifik deputatı Metakse Akopyan bildirib. Onun sözlərinə görə, artıq bazar ertəsi “atsax”ın yeni “prezidenti” ola bilər.
Azərbaycan modeli: hüquqi sistemdə humanizmin qələbəsi
Əfv sərəncamı gözlənilən idi, uzun müddətdir ki, Əfv Komissiyasının təxminən 800-dən artıq məhkumun müraciətini araşdırması ilə bağlı mətbuatda məlumatlar yayılırdı. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, əfv sərəncamının imzalanması ənənədir: “Azərbaycan Prezidenti İlham Əliyevin növbəti əfv sərəncamını imzalayıb. Bununla da humanizm prinsiplərindən çıxış edərək vaxtilə səhv etmiş, cinayət törətmiş şəxslərin əfv olunmasına qərar verib. Bu həmin məhbuslar sayda ailənin sevincinə səbəb olan məsələdir. Bu vaxtilə cinayət törətmiş şəxslərin əfv olunması ilə yanaşı eyni zamanda digərlərinin də ümidinə səbəb olan aktdır. Azad olunmağı
Deputat: “Qəbir yerlərinin satışı alver alətinə çevrilib”
"Qəbristanlıqlar həmin ərazidə yerləşən bələdiyyələrin nəzarətindədir, ancaq istisna hallar da var. Hazırda qəbir yerləri ilə bağlı problemlər yaşanmaqdadır. Deputatı olduğum ərazidə bir neçə qəsəbədə bu problem var. Problemlə bağlı müraciətlərimiz olub". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, yerlərin olmaması ilə bağlı olaraq insanlar çox uzaq məkanlara üz tutmağa məcbur olurlar: "Bəzi işbazlar bu fürsətdən yararlanaraq özlərinin təyin etdiyi bəlli məbləğ müqabilində yerləri satırlar. İmkanı olmayanlar böyük məbləğ qarşılığında yerləri ala bilmir, narazılıq yaranır. Bu cür işbazların qarşısı alınmalıdır. Onlar fürsətdən istifadə edərək insanları
Deputat: “Əfv sərəncamı ilə insanların azadlığa buraxılmalarına fərqli yanaşma sərgiləmək heç bir siyasətçiyə baş ucalığı gətirməz”
“Bəzi radikal qüvvələrin “siyasi məhbus” hesab etdikləri şəxslərin siyasi fəaliyyətilərinə görə məhbus həyatı yaşadıqları sualdır. Konkret olaraq onların camiyəsində olan şəxslərin əfv siyahısında olmaması ilə bağlı iddiaları əsassız hesab edirəm. İnsanlar arasında fərq qoymaq olmaz. Əfv sərəncamı ilə insanların azadlığa buraxılmalarına sevinməkdənsə, fərqli yanaşma sərgiləmək heç bir siyasətçiyə baş ucalığı gətirən mövqe deyil”, Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. A.Əlizadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə əfv sərəncamı imzalası humanist yanaşmanın nəticəsidir: “İndiyə qədər Azərbaycanda 70 əfv sərəncamı, 12