Milli istiqlalçılar Şəhidlər Xiyabanını ziyarət etdilər – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov , AMİP Sədri, Millət vəkili Arzuxan Əli-zadə , AMİP rəhbərliyi bir qrup AMİP fəalları 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
Azərbaycanın suverenliyi, müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər qoyularaq əziz xatirələri hörmət və ehtiramla yad edilib.
Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi 20 yanvar Şəhidləimizi qürur və ehtiramla anırıq.Allahdan cəmi Şəhidlərimizə Rəhmət dilləyrik!