NIPA-30

Aİ-nin missiyası 2027-dək Ermənistanda qalacaq – demək sülh olmayacaq…

Ermənistan KİV-lərinin məlumatına görə Aİ-nin Brüsseldəki səfirləri ittifaqın Ermənistandakı mülki kəşfiyyat missiyasının müddətinin uzadılması barədə qərarı təsdiqləyiblər. Aİ “mülki”missiyasıı daha iki il, 2027-ci ilə qədər Ermənistanda qalacaq.

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanla Ermənistan arasında müzakirə edilən sülh müqaviləsi layihəsinin razılaşdırılmayan iki maddələrindən biri də iki ölkə sərhəddlərində üçüncü ölkənin hərbi missiyasının qaldırılmasıdır. Deməli, bu missdiyanın 2027-ci ilə qədər sərhəddə müşahidə aparması o anlama gəlir ki, müzakirə edilən sülh müqaviləsi ən azı o vaxta qədər imzalanmayacaq.

Baki-xeber.com saytına məsələ ilə bağlı münasibət bildirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bununla bağlı dedi: “Təəssüflər olsun ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaq və münasibətlərin normallaşdırmasında qeyri-konstruktiv mövqe nümayiş etdirməkdədir. Avropa İttifaqının “mülki” müşahidə missiyası adlandırılan qrupu əslində kəşfiyyat xarakteril fəaliyyət göstərən bir missiyadır. Bu missdiya Azərbaycanın razılığı olmadan Azərbaycan-Ermənistan şərti şərhəddində yerləşdirilib. Onların mandatının növbəti iki il müddətinə uzadılması da, təbii ki, münasibətlərin normallaşmasına xidmət etmir. Bu, əksinə, gələcəkdə iki ölkə arasında imzalanması gözlənilən sülh müqaviləsinin reallaşmasını sual altına salır. Çünki sülh müqaviləsi layihəsinin razılaşdırılmayan iki maddəsindən biri sərhəddə üçüncü ölkənin hərbi misdiyasının olmaması şərtidir. Ermənistanın baş naziri Nikol Paşinyan hazırda onu hakimiyyetə gətirən qüvvələrin diktəsi ilə addımlar atmaqla, iki ölkənin münasibətlərinin normallaşmasına xidmət göstərəcək fəaliyyətlə məşğul deyil. Hələ də Rusiyanın boyunduruğundan azad ola bilməyən bu qondarma dövlət, digər tərəfdən də Qərb güclərini bölgəyə gətirməklə regionda gərginlik yaradır, sülhə və sabitliyə təhdid formalaşdırır. Bu mənada Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə normallaşacağı gözlənilmir. Bu cür siyasət davam edərsə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını yaxın gələcəkdə görə bilməyəcəyik.

Amma istənilən halda biz bu fikirdəyik ki, sülh müqaviləsinin imzalanması bəlkə də Azərbaycandan daha çox Ermənistana lazımdır. Təəssüflər olsun ki, bu qondarma dövlətə rəhbərlik edənlər bunun fərqində deyillər, sonadək belə bir mövqe sərgiləməkdə israrlıdırlar.

Hər halda bu missiyanın Azərbaycan-Ermənistan şərti sərhəddində qalması, onların mandatının – uzadılması bu iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət göstərməyəcək. Əksinə, bu münasibətlərin bir qədər də gərgin məcraya yönəlməsinə və tərəflər arasında fikir ayrılığının daha da dərinləşməsinə səbəb olan faktor kimi qiymətləndirilir. Nə qədər ki, Ermənistan belə qeyri-konstruktiv mövqe sərgiləyir, münasibətlərin normallaşmasından söhbət gedə bilməz. 

Bu cür siyasi mövqe tutmaqla Ermənistan özünün gələcək faciələrinə zəmin yaratmaqdadır. Ermənistan cəmiyyətində də bununla bağlı kifayət qədər həyəcan təbili çalanlar var. Müxalifət və müstəqil siyasətçilər Nikol Paşinyanın yürütdüyu ikili siyasətin (Rusiya və Qərb yönümlü) Ermənistanın faciyələrinə yol aça biləcəyi barədə həyacanlı fikirlər səsləndirirlər. Ancaq hər halda seçim Ermənistan hökumətinindir. Onlar qaynar nöqtəyə yetişməmiş seçimlərini etməlidir. Əks təqdirdə ölkəni faciyə gözləyir.

Qərb və Amerika üçün bölgədə sülh və sabitlik o qədər də maraqlı deyil. Onların əsas hədəfi Cənubi Qafqazda gedən proseslərdən daha çox faydalanmaq üçün bölgəyə gəlmək, burada otrum izni almaqdır. Bu isə region ölkələrinin heç birinin maraqlatına uyğun deyil. Diqqət edirsinizsə, Qərb və Amerikanın bölgəyə gəlişini kim arzulaya bilər – Azərbaycan, Rusiya, Gürcüstan yoxsa İran? Əlbəttə, heç biri…”.