Afsəddin Nəbiyev: “Erməni lobbisindən bəslənən bütün konqresmenləri bu cür biabırçı sonluq gözləyir”
ABŞ-ın Federal Təhlükəsizlik Bürosu erməni lobbisinin kongresdəki “hücümçu”su kongresmen Adam Şiffin haqqında araşdırma aparır. FTB Şiff haqqında araşdırma 46 epizod üzrə üzrə gedir:
– korrupsiya , dövlət resursların israfı/talan,
– dövlət resursların şəxsi məqsədlər üçün istifadəsi,
– uydurma keyslər üzrə yerli və federal postlara kompitentsiz şəxslərin yerləşdirilməsi məqsədi ilə saxta rekomendasiyalar,
– dövlət rəsmilərinin gözdən salınması, – dövlət institutlarının inamın sarsıdılması,
– son iki bənd nəticəsində dövlət mülkiyyətinə ziyan vurulması üzrə.
Şiffin ancaq dövlət rəsmilərinin gözdən salınması və dövlət institutlarına inamın sarsıdılması işi üzrə ABŞ dövlətinə vurduğu ziyanın həcmi 32 milyon dollardan çoxdur. ABŞ Konqresinin Nümayəndələr Palatası və Senat seçkiləri ərəfəsində erməni lobbisinin dəstəyini qazanan Şiff Azərbaycanın maliyyə aktivlərinə həbs qoyulması və onların yaradılacaq “Artsax Gəlirlərinin Bərpası Fondu”na köçürülməsi ilə bağlı ikipartiyalı qanun layihəsinin müəllifi idi.
Belə görünür ki, Bob Menendezdən sonra ikinci ermənipərəst konqresmen həbsə girəcək. Arvadı erməni olan Menendez Senatda komitə sədri idi və bilavasitə ermənilərin maraqlarından çıxış edirdi. Rüşvət ittihamı ilə həbs edilərək 11 il azadlıqdan məhrum edilib. Bütün bunlar onu göstərir ki, erməni lobbisinə satılan konqresmenlərin aqibəti belə olacaq.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Adam Şiffin anti-Azərbaycan mövqeyi və korrupsiyaya bulaşmış digər azərbaycanofob, keçmiş senator Bob Menendez kimi erməni lobbisi ilə korrupsioner əlaqələri hər ikisinin də ədalət mühakiməsi qarşısında cavab verəcəklərini qaçılmaz edib: “2023-cü ildən etibarən Qarabağ erməniləri Azərbaycan dövlətinin reinteqrasiya və vətəndaşlıq təkliflərini rədd edərək sərbəst şəkildə ölkəni tərk etdikləri halda, Şiff fərqli və qərəzli mövqe ortaya qoydu. A.Şiff Azərbaycana qarşı qanun layihəsini hazırlamaqla sifariş və rüşvət aldığı erməni lobbisinin əlində oyuncağa çevrilib. Erməni lobbisindən böyük məbləğdə rüşvət almaqla Azərbaycana qarşı apardığı kampaniya, əlbəttə, uğursuzluğa düçar olmalıydı. A.Şiff Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən edilmiş işğalı, deportasiyanı kənarda qoyaraq, 300 min azərbaycanlının Ermənistandan, 700 min azərbaycanlının isə uzun müddət işğal altında saxlanmış Azərbaycan ərazilərindən etnik təmizləmə nəticəsində zorla çıxarılmasını dəstəkləməsi həm də onun insani keyfiyyətlərdən nə qədər uzaq olduğunu göstərən əyani bir sübutdur. Azərbaycanın, eləcə də azərbaycanlıların əmlakına, iqtisadiyyatına və mədəni irsinə vurulan yüz milyardlarla ABŞ dolları dəyərində ziyanı görməzdən gəlib, hətta xalqımıza qarşı edilmiş bu haqsızlıqları dəstəkləyib. Onun bütün təqdim olunan qanun layihəsi Azərbaycana qarşı şantaj xarakterli olub. Bu addım həm də ermənilərin əlilə ABŞ-Azərbaycan münasibətlərinə ciddi ziyan vurmaq cəhdləri idi. Hər bir əməlin hesabatı olduğu kimi, A.Şiff də qanun qarşısında etdikləri cinayət əməllərinə görə cavab verəcək. Erməni lobbisindən bəslənən bütün konqresmenləri bu cür biabırçı sonluq gözləyir”.