NIPA-30

“Röyanın bu hərəkətini trendə çevirməliyik” – Deputat

Xəbər verdiyimiz kimi Xalq artisti Röya Ayxan 8 Mart Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibəti ilə aztəminatlı ailələri sevindirib. Belə ki, müğənni 100 aztəminatlı ailəyə, ən əsası isə qadına maddi yardım edib.

Təbii ki, ifaçının bu nəcib addımı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Arzuxan Əlizadə deyib ki, Raya Ayxanın atdığı bu addım olduqca təqdirəlayiqdir:

“İmkansız insanlara dəstək olmaq, onlara yardım etmək, ehtiyacı olan insanları təkcə bayram günlərində yox, adi günlərdə də anmaq böyük savabdır, hünərdir. Belə addımları təbliğ etmək lazımdır ki, cəmiyyətdəki digər imkanlı adamlar da bu trendə qoşulsunlar.

Heç kimə sirr deyil ki, imkanlı şəxslər bəzən vəsaitlərini lazım olmayan və məqsədi bilinməyən yerlərə xərcləyirlər. Baxmayaraq ki, çevrəmizdə kifayət qədər diqqətə, qayğıya ehtiyacı olan insanlar var. Elə insanlara maddi-mənəvi dəstək göstərmək hər birimizin borcudur. Lakin imkanlı şəxslər üçün bu həm də vacibdir. Bu mənada Röya Ayxanın nəcib təşəbbüsü təşviq edilməlidir ki, digər imkanlı şou əhli də bu trendə qoşulsun. Çalışmalıyıq ki, yaxşı, xeyirxah addımlar trendə çevrilsin”.