NIPA-30

Arzuxan Əlizadə – 60

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının Sədri, Milli Məclisin üzvü , İnsan Hüquqları Komitəsinin Sədr müavini Arzuxan Əli-zadənin doğum günü 60 illik yubileyidir. İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz hər dəfə yaş üstünə yaş gələndə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu, bir növ insanın özünə hesabatı olsa da, əslində, cəmiyyət qarşısında, siyasət adamı üçün dövlət qarşısında hesabatdır. Arzuxan bəy bu mənada yaşadığı bu 60 illik ömür yolunda şəxsiyyətinə, adına yaraşan ləyaqətli bir ömür yaşayıb, bir ziyalı siyasətçi partiya Sədri olaraq cəmiyyətin və dövlətin qarşısında hər zaman məsuliyyəti ilə , alicənablığı səmimiyyətilə insanların rəğbətini qazanıb. Bu gün doğma Qarabağımızın azadlıq sevincini yaşamanız həm də ömür boyu bu yolda fədakarlıq göstərən bir vətən övladı kimi sizin mükafatınızdır.İnsan haqları ideyasını uzlaşdırmaqla bu gün də Milli Məclisdə öz üzərinizə düşən missiyanızı uğurla davam etdirirsiniz.

Hörmətli Arzuxan bəy!
Bütün Milli İstiqlaçılar adından
Sizi bir daha 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, uzun illərdir uğurunda çalışdığınız doğma Azərbaycanımızı Qarabağda qazanılan Zəfərimizin timsalında bütöv görmək sevincinin nəsib olmasını arzu edirik!
Dərin Hörmətlə; AMİP Mərkəzi Aparatı.
18.03.2025.