Azərbaycan modeli: hüquqi sistemdə humanizmin qələbəsi
Əfv sərəncamı gözlənilən idi, uzun müddətdir ki, Əfv Komissiyasının təxminən 800-dən artıq məhkumun müraciətini araşdırması ilə bağlı mətbuatda məlumatlar yayılırdı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, əfv sərəncamının imzalanması ənənədir:
“Azərbaycan Prezidenti İlham Əliyevin növbəti əfv sərəncamını imzalayıb. Bununla da humanizm prinsiplərindən çıxış edərək vaxtilə səhv etmiş, cinayət törətmiş şəxslərin əfv olunmasına qərar verib. Bu həmin məhbuslar sayda ailənin sevincinə səbəb olan məsələdir. Bu vaxtilə cinayət törətmiş şəxslərin əfv olunması ilə yanaşı eyni zamanda digərlərinin də ümidinə səbəb olan aktdır. Azad olunmağı gözləyən yüzlərlə məhbuslarımız var ki, onların da gələcəkdə əfv olunması gözləniləndir. Biz bunu alqışlayırıq. Prezident ilham Əliyev tərəfindən imzalanan bu sərəncam hər birimiz tərəfindən təqdirəlayiq qiymətləndirilir”.
Deputat bildirib ki, amnistiya aktı ilə bağlı da gözləntilər var:
“Ümid edirik ki, Konstitusiya və Suverenlik ilimizdə amnistiya aktının da imzalanması istisna deyil. Bu olarsa, daha geniş spektrı əhatə edəc ək və daha çox məsuliyyətə cəlb olunmuş şəxsin məsuliyyətdən azad olunmasına səbəb ola biləcək bir humanizm aktı ola biləcək. Bu da gözləntilərimiz içərisindədir. Bir daha əfv olunan şəxsləri və yaxınlarını təbrik edirik”.