Afsəddin Nəbiyev: “Erməni toplumun beyni xəstə təxəyyüllə zəhərlənib”
Fakt budur ki, 44 günlük müharibə nəticəsində vətənimizin bir hissəsini itirmişik, eyni zamanda, daha suveren, daha müstəqil, özümüzü təmin edən dövlət əldə etmişik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O əlavə edib: “2025-ci il martın 1-i Ermənistan Respublikasının sərhəd qoşunlarının bütün sərhəd keçid məntəqələrində xidmət etdiyi gündür. Bu qərarı 2024-cü ildə vermişəm. 2018, 2019, 2020-ci illərdə bu qərarı verə bilməzdim. Biz Rusiya Federasiyasına göstərilən dəstəyə görə minnətdarlığımızı bildirdik, lakin dedik: dövlət olaraq yetkinləşmişik və özümüz sərhəd-keçid məntəqələrimizə nəzarət edə bilərik”.
Necə yəni, “vətənimizin bir hissəsini itirmişik”? Hansı vətəndən danışır Nikol? Halbuki, Ermənistanın işğalına son qoyulub. Belə deyən dövlət başçısının revanşçı planlarla yaşamadığına necə əmin olmaq olar? Necə demək olar ki, bunun heç bir revanş planı yoxdur?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Ermənistan siyasi rəhbərliyi hələ də mifik saxta təsəvvürlərlə yoluxdurduqları cəmiyyəti sağaltmaq düşüncəsində deyil: “Paşinyanın belə bir açıqlama verməsi onu göstərir ki, erməni cəmiyyəti hələ də yalan, saxta uydurma təsəvvürlərlə yaşamaqdadır. Paşinyanın ikibaşlı açıqlaması həm də onu göstərir ki, o, həm erməni cəmiyyətində nüfuzunu qorumağa çalışır, həm də beynəlxalq aləmdə özünü sülhpərvər biri kimi nümayiş etdirir. O özü də, erməni cəmiyyəti də yaxşı bilir ki, bir əsr bundan əvvəl bu bölgədə Ermənistan adlı dövlət olmayıb. Bu dövlət süni olaraq ovaxtkı SSRİ-i tərəfindən yaradılıb. Qırmızı imperiyanın əsas məqsədi də ondan ibarət olub ki, bu bölgədə Türkiyə ilə bağlantını ortadan qaldırsın. Buna da nail olublar. Bütün bunların hamısı Azərbaycanın əzəli, əbədi torpaqları hesabına baş verib. Həm Azərbaycanın ayrılmaz ərazisində Ermənistan adlı süni dövlət yaradılıb, bu azmış kimi, sonra da Azərbaycan ayrılmaz hissəsi Naxçıvandan ayrı salınıb. Zəngəzurun ermənilərə verilməsindən sonra türk dünyası ilə Türkiyə arasında bağlantı aradan qaldırıldı. Bu vətən bizim, ərazilər bizim, hələ də indiki Ermənistan siyasi rəhbərliyi vətən itkisindən danışır. Bu toplumun hamısının beyni xəstə təxəyyüllə zəhərlənib. Məncə, Paşinyan əlində oyuncağa çevrildiyi dövlətlərin maraqları naminə belə açıqlamaları ilə indiki Ermənistanı “müstəqil siyasət yürüdən bir dövlət” kimi göstərməyə çalışır. Ancaq bu mümkün deyil. Tarix siyasi bir elmdir. Ermənistanın bu coğrafiyada heç bir dövlətçilik tarixi olmayıb. Belə olan halda süni şəkildə qurulmuş erməni dövləti hansı dövlətlər tərəfindən yaradılıbsa, elə onlar tərəfindən də siyasi oyuncaq kimi istifadə olunmaqdadır. Bir məsələni də xüsusilə qeyd etmək istərdim ki, Ermənistanı “sülh göyərçini” rolunda təqdim edənlər bu açıqlamanı diqqətə almalıdır. Ermənistan hazırkı mənfur Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları bəndini çıxarmadan, Zəngəzur koridorunu açmadan, son 30 ildə Azərbaycana işğal zamanı vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəmədən hər hansı sülhdən söhbət gedə bilməz. Biz erməni cəmiyyətini çox yaxşı tanıyırıq, heç kim zəmanət verə bilməz ki, bu cəmiyyət 10 ildən, 20 ildən sonra revanş planlarına qatılmayacaq. Çünki tarix dərs çıxarmaq üçün bir vasitədir. Zaman-zaman biz ermənilərin özlərinə arxa tapan kimi mənfur planlarını həyata keçirməyə çalışdıqlarını görmüşük. Lakin bir daha belə hallara imkan verməməliyik”.