Bayramınız mübarək!
Dəyərli həmvətənlər!
Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Tanrının bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir.
Mübarək Qurban bayramı günlərində bütün soydaşlarımıza səmimi təbriklərimizi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq!
Qurban bayramınız mübarək olsun!
Dərin hörmətlə:
National Independence Party of Azerbaijan