AMİP Konfranslara start verdi – FOTO
AMİP-in növbəti qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları keçirilir.
İlkin olaraq konfranslar AMİP Sədri, millət vəkili Arzuxan Əlizadə,Ali Məclisin Sədri Rəşad Bayramov, AMİP Sədrinin müavini Yəhya Həsənov, Siyasi Şura üzvü Məmməd Qələndərin iştirakı ilə, iyun ayının 15 -də Xaçmaz, Xudat, Qusar təşkilatlarında, iyunun 16 – da isə Quba rayonunda baş tutub.Yeni Nizamnaməyə uyğun olaraq konfransda İdarə Heyətinə yeni üzvlər, qurultaya nümayəndələr seçilib. Qeyd edək ki, AMİP- in növbəti XIII Qurultayı bu ilin, sentyabr ayında keçirilməsi nəzərdə tutulur.




