“Beynəlxalq tədbirlərin Xankəndidə keçirilməsi həm də siyasi mesajdır” – Deputat
“Beynəlxalq tədbirlərin Xankəndidə keçirilməsi həm də siyasi bir mesajdır”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri AZTV-də yayımlanan “Hədəf” verilişində qonaq olan Milli Məclisinin deputatı Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, Xankəndi Azərbaycanın uzun illər ağrılı yarası olsa da, hazırda Xankəndi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib:
“Xankəndi Azərbaycan üçün uzun illər ağrılı yara olub. Hazırda isə həm Şuşa, həm də Xankəndi beynəlxalq tədbirlərin keçirildiyi məkana çeviriliblər. Bu kontekstdə təbii ki, səviyyəli tədbirlərin orada keçirilməsi dünyanın diqqətinin Xankəndiyə yönəlməsi deməkdir. Xankəndidə Türk dövlətlərinin başçılarının iştirakı, eləcə də digər dövlət başçılarının iştirakı bütün dünyaya siyasi mesajdır. Ora Azərbaycanın əzəli və əbədi tarixi şəhəridir”.