Deputatlar harada dincəlirlər? – SORĞU
İsti yay günlərində hər kəs dincəlməyə çalışır. Lakin sıravi vətəndaşlardan fərqli olaraq, deputatların istirahəti daim ictimaiyyətin diqqətində olur. Xatırladaq ki, Milli Məclisin növbədənkənar sessiyası artıq başa çatıb və deputatlar 30 avqustadək yay tətilindədir. Bəs görəsən, xalqın seçdiyi nümayəndələr bu tətili harada və necə keçirirlər?
Manset.az deputatların tətili necə keçirəcəyi ilə bağlı sorğu keçirib.
Deputat Arzuxan Əlizadə bildirib ki, yay tətilini tam istirahət saymaq olmaz:
“Təxminən 10 gün ərzində ölkə daxilində müalicə kursu keçmişəm. Xaricə getmək fikrim yoxdur. Partiyamızın yaxın günlərdə qurultayı keçiriləcək, buna görə də regionlara səfərlər edirik. Son olaraq Şimal bölgəsində olmuşuq, indi isə Gəncəbasar zonasına səfər planlaşdırılır.”