NIPA-30

Ölkəmizin uğurlu diplomatiyası ilə geosiyasi balans yenidən tənzimlənir

8 avqust 2025-ci il Azərbaycanın diplomatiya tarixində ən önəmli günlərdən biri olaraq tarixə düşdü. Həm Azərbaycan-ABŞ münasibətləri, həm də Azərbaycanla Ermənistan arasında normallaşma prossesi ilə bağlı əldə edilən razılaşmalar böyük əhəmiyyətə malikdir.

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşçlıq münasibətlərinin qurulması üçün addımlar atıldı. ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktına 907-ci düzəliş”in tətbiqinin dayandırılması barədə sərəncam verildi. Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş layihəsi paraflandı. ATƏT-in Minsk qrupu və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciət imzalandı. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın haqlı tələblərinin həllini tapması və imzalanan üçtərəfli bəyannamədə Sülh Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsi, Ermənistan tərəfindən Konstitusiya dəyişikliyinin zəruriliyinin təsbit edilməsi əslində Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq səviyyədə tanınmasıdır.

Bütün bu sadalananlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında əldə edilən qələbənin və keçən dövr ərzində bu istiqamətdə aparılan uğurlu diplomatik fəaliyyətin nəticəsidir. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti hərbi qələbəni hüquqi və diplomatik müstəvidə də rəsmiləşdirməyə imkan verdi. Cənubi Qafqazda əbədi sülhə gedən yolda addım atmaq, münasibətlərin normallaşması müxtəlif sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasına da real imkanlar açır.

Arzuxan ƏLİZADƏ,

Milli Məclisin deputatı.