NIPA-30

Deputat: “Bu addımlar atılmasa, Putin-Əliyev görüşü real görünmür”

“Çində baş tutan tədbir çərçivəsində Azərbaycan və Rusiya prezidentləri arasında görüş ehtimalı gündəmdə idi. Həm Azərbaycan, həm Rusiya mediasında belə bir görüşün baş tuta biləcəyi ilə bağlı fikirlər deyilmişdi. Hətta Dmitri Peskov da görüşün ola biləcəyini bildirmişdi. Amma ilk dəfə idi ki, belə bir beynəlxalq tədbirdə iştirak edən Azərbaycan və Rusiya prezidentləri ayrılıqda görüşmədilər”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. 

O bildirib ki, hazırda iki ölkə arasında mövcud olan gərginlik fonunda başqa cür ola da bilməzdi:

“Çünki Azərbaycanın ən azından etiket qaydalarına əməl etməli olan Rusiyadan, Rusiya prezidentindən gözləntiləri var. Bunlara əməl olunmadığı müddətdə belə bir görüşün keçirilməsi də real görünmür. 

Azərbaycana məxsus təyyarənin vurulması və Rusiyadakı azərbaycanlılara qarşı “səlib yürüşü”nün başladılması iki ölkə arasında münasibətləri gərginləşdirib. Bu gərginliyin yaranmasında da günahkar Rusiyadır. Rusiya münasibətləri düzəltmək istəyəcəksə, Azərbaycanın haqlı tələblərinə cavab verməlidir”.