NIPA-30

Partiyalar Qarabağa nə vaxt QAYIDIR…

şğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 55329 nəfər təşkil edib. Artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb. Məhz hazırki situasiya siyasi partiyaların da öz təşkilatlarını Qarabağ və Şərqi Zəngəzurda qurması məsələsini gündəmə gətirir. Bir sıra partiyalar gələn il üçün işlər planında bunu prioritet kimi qeyd edib.

Modern.az mövzuya dair partiyalar arasında sorğu keçirib:

AMİP-in sədri, deputat Arzuxan Əlizadə Laçın, Füzuli və Zəngilan təşkilatlarının yenidənqurulması, bərpası istiqamətində fəaliyyətlərinin davam etdiyini qeyd edib:

“Məlumat üçün bildirim ki, bizim əvvəllərdə bir sıra işğal olunmuş ərazilər üzrə rayon təşkilatlarımız fəaliyyət göstərib. Sonradan fəaliyyətini davam etdirənlər də, dayandıranlar da olub. Əslində, AMİP olaraq növbəti 13-cü qurultaya hazırlaşırıq və rayon təşkilatlarımızda konfranslar da keçirilib. Artıq demək olar, proses yekunlaşıb.  Kəlbəcər rayon təşkilatında konfransımızı keçirmişik. Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədidəki qəsəbədə konfransımız baş tutdu. Yəni Kəlbəcər rayon təşkilatı fəaliyyət göstərir. Təbii ki, məskunlaşma başa çatdıqdan sonra təşkilatımızın rayonun özündə fəaliyyət göstərəcəyi hədəflənib. Cəbrayıl təşkilatımız da mövcuddur. Onların əksəriyyəti Sumqayıtda məskunlaşıb. Əvvəllər mövcud olmuş Laçın, Füzuli və Zəngilan təşkilatlarının yenidənqurulması, bərpası istiqamətində fəaliyyətimiz davam edir.  Eyni zamanda digər işğaldan azad olunmuş ərazilərimizin hər birində AMİP-in rayon və şəhər təşkilatının yaradılaması və yenidənqrulması prosesi reallaşacaq. Bu istiqamətdə  partiyanın qarşısında duran hədəflər var. Yaxın zamanlarda bu hədəfləri reallaşdırmağı nəzərdə tutmuşuq”.