İrəvan Bakı ilə sülh prosesini müsbət qiymətləndirir-Vaan Kostanyan
Ermənistan hakimiyyəti avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Azərbaycanla nizamlanma prosesini müsbət qiymətləndirir.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Kostanyan vurğulayıb edib ki, Ermənistan dinc və sabit Cənubi Qafqaz yaratmaq imkanı əldə edib və bu prosesə başlayıb.
“Biz bütün regional kommunikasiyaların blokadadan çıxarılması imkanı əldə etdik, bu barədə amerikalı tərəfdaşlarımızla müzakirələr aparılır. Ümid edirik və əminik ki, proses müsbət istiqamətdə inkişaf edəcək. Ümumilikdə avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra müşahidə etdiyimiz dinamikanı müsbət qiymətləndiririk”, – Kostanyan qeyd edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib ki, Vaan Kostanyan təəsüflər olsun ki, xüsusilə, Vaşinqton görüşünü diqqətə gətirir:
“Təbii ki, Vaşinqton razılaşmasından sonra regiondaki veziyyətdə ciddi dəyişiklik var, amma hazırki realllq Azərbaycanın gücünə əldə edilibdir. 5 il bundan əvvəl 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi böyük zəfərdən sonra regionda tam yeni reallıqlar formalaşmış oldu. 2023-cü ildə də suverenliyi bərpa ediləndən sonra Ermənistanın özü üçün də kommunikasiya qovşaqlarının açılması baxımından, iqtisadi imkanlarının genişlənməsi baxımından fərqli vəziyyət yaranmış oldu.Təəsüflər olsun ki, bu dövr ərzində Azərbaycanın təklifləri, irəli sürdüyü komnukasiya qovşaqlarının açılması və digər məsələlərlə bağlı Ermənistan əvvəllər olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirirdi. Hazırda olan real sabitlik,dayanıqlı sabitlik Azərbaycanın özünün yaratdığı reallıqlar çərçivəsində mümkün olubdur. Təbii ki, ABŞ-nin bu prosesə qoşulması ilə yeni dövr başlayıb.Çünki gələcək prosesdə ABŞ-nin qalan olması lazım idi. Ermənistanda görünən bundan ibarətdir. Rusiyanın təsirindən müəyyən qədər sığortalanmaq üçün amma istənilən halda Ermənilər bu reallığı qəbul etməlidir ki, bu günki reallıq Azərbaycan və Türkiyənin hesabına mövcuddur. Regionda yeni reallıqlar formalaşıbdır və regiondan kənar güclərə arxalanmaqdansa, regionun əsas söz və güc sahibləri olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağ lazımdır ki, bununla da bütövlükdə bölgədə sülh və sabitliyə nail olmaq mümkün olsun. O ki, qaldı kommunikasiya qovşaqlarının açılmasına bəli, region dövlətlərlə yanaşı ABŞ-də, Böyük Britaniya da, Çin də və digər avropa dövlətləri də bu razılaşmalardan iqtisadi eyni zamanda siyasi dividentlər əldə etmiş olacaqlar. İlk növbədə, Ermənistanın bu gün çətin durumda olduğu iqtisadiyyatı dirçələ bilər. Ermənistan 30 il ərzində işğalçı siyasət yürütməklə özünü tam olaraq blokada şəraitinə salmışdır. İndi kommunikasiya qovşaqlarının açılması ilə Ermənistan tranzit ölkəsinə çevrilə bilər.Bu baxımdan Ermənistan və Azərbaycan üçün yeni iqtisadi ,siyasi imkanlar yaranmış olur. Amma çərçivə sülh müqaviləsi imzalansa da, yekun sülh müqaviləsi imzalanması üçün Ermənistanın üzərinə götürdüyü öhdəliklər var, bu öhdəliklər yerinə yetiriləcəksə, yekun sülh müqaviləsi imzalanacaq. İlk növbədə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməsidir. Bu da referendum ilə mümkündür. Bu reallıq baş verəcəksə, təbii ki, yekun sülh müqaviləsidə imzalanacaq. Gələcək imkanlar, kommunikasiya qovşaqlarının açılması və digər proseslərin öz axarı olə dəvam etməsi mümkün olacaq.Bunun üçün qeyd elədiyim kimi Ermənistanın öz üzərinə götürdüyü öhsəlikləri mütləq mənada yerinə yetirməsi ən vacib şərtdir”.